CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Ər arvadının sevgilisindən məhkəmə yolu ilə 750 min dollar kompensasiya aldı

© pixabay / Daniel_B_photosМолоток судьи, фото из архива
Молоток судьи, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
Bir çox ştatlarda bu qanun qüvvədən düşsə də, Havay adalarında, Missisipidə, Nyu-Meksikoda, Cənubi Dakotada, Yutada və Şimali Karolinada bu cür iddialar çox yayılıb.

BAKI, 6 yanvar — Sputnik. ABŞ-da ər məhkəmə yolu ilə arvadının sevgilisindən 750 min dollar məbləğində təzminat alıb. Sputnik Azərbaycan informing.ru-ya istinadən xəbər verir ki, ər sevgilini arvadının ona qarşı hisslərinin soyudulmasında günahlandırıb.

Kevin Hovardla arvadı 12 il bir yerdə yaşayıblar və ondan sonra həyat yoldaşı Kevinə ayrılmaq istədiyini bildirib. Ər bu hərəkətin səbəbini öyrənmək üçün özəl detektiv tutub və arvadının sevgilisi olduğunu üzə çıxarıb.

Bəyin oğurlanması filmindən kadr - Sputnik Azərbaycan
HADİSƏ
"Bəyin oğurlanması"nın tam tərsi oldu - Ağdaşda qudalar qoşulub qaçdılar

Bundan sonra Kevin məhkəmə vasitəsilə sevgilidən kompensasiya almaq qərarına gəlib. ABŞ-da bu cür iddialar Kornel hüquq məktəbinin Hüquqi informasiya barədə qanununa uyğun olaraq qaldırılır. Bu qanunun kökləri arvadı ərin mülkiyyəti sayan köhnə ingilis qanununa gedib çıxır. O qanuna əsasən arvad sevgili ilə gedəndə ər arvadının oğurlandığını iddia edərək məhkəməyə müraciət edə bilərmiş.

Bir çox ştatlarda bu qanun qüvvədən düşsə də, Havay adalarında, Missisipidə, Nyu-Meksikoda, Cənubi Dakotada, Yutada və Şimali Karolinada bu cür iddialar çox yayılıb. Kevin Hovard da ailəsini dağıdan şəxsi cəzalandırmaq üçün vəkil tutub.

Məhkəmənin qərarına əsasən, sevgili Hovarda 750 min dollar ödəməlidir. Bu, müvafiq məhkəmə proseslərindəki ən yaddaqalan hadisə deyil. Başqa bir məhkəmə iddiasına görə sevgili ərə 8,8 milyon dollar məbləğində kompensasiya ödəyib.

Hovard isə arvadından ayrılmaq qərarına gəlib və indi baş verənlərdən sonra özünə gəlir.

Xəbər lenti
0