CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Neft ərazisində tikilən evlər: Sənəd verilə də bilər, verilməyə də

© Sputnik / Irade JELILBinəqədidə neftlə çirklənmiş ərazilər
Binəqədidə neftlə çirklənmiş ərazilər - Sputnik Azərbaycan
Abunə olmaq
Qanunsuz evlərin sənədləşdirilməsi üçün Əmlak Məsələləri Dövlət Komitəsi və kommunal qurumlar həmin sənədlərə imza atırlar. Amma Binəqədi OİL sənədlərə imza atmayıb

Zülfiyyə Quluyeva, Sputnik Azərbaycan

BAKI, 5 yanvar — Sputnik. Qanunsuz tikilən evlərlə bağlı ən böyük problem riskli ərazilərdə inşa edilmiş tikililərdir. 2020-ci ildən etibarən qanunsuz inşa edilmiş fərdi yaşayış evlərinin sənədləşdirilməsinə dair addımların atılacağı bildirilsə də, riskli ərazilərdə inşa edilmiş evlərin aqibətinin necə olacağı hələ sual altındadır. Evlərinə "kupça" verilib-verilməyəcəyindən ən çox narahatlıq keçirənlər isə neft yataqları arasında inşa edilmiş qanunsuz tikililərin sahibləridir...

Sputnik Azərbaycan Bakıda neft yataqları arasında inşa edilmiş fərdi evlərin daha çox olduğu ünvandan – Binəqədi rayonu, Binəqədi qəsəbəsində olub.

© Sputnik / Irade JELILBinəqədi qəsəbəsinin 1, 2 və 3-cü Mədən ərazilərində neft quyuları var
Neft ərazisində tikilən evlər: Sənəd verilə də bilər, verilməyə də - Sputnik Azərbaycan
Binəqədi qəsəbəsinin 1, 2 və 3-cü Mədən ərazilərində neft quyuları var

Binəqədi qəsəbəsinin neft yataqları olan əraziləri Binəqədi OİL şirkətinin saziş ərazisinə düşdüyündən, həmin ərazilərdə inşa edilmiş tikililər qanunsuz sayılır. Elə neft buruqları ilə "qonşu" olan fərdi evlərin sakinlərinin də narahatlığına səbəb olan amil məhz budur. 15 ilə yaxındır ki, Binəqədi qəsəbəsi, 3-cü Mədən ərazisində yaşayan Sahib Eyvazov bildirib ki, ərazidə evi 2006-cı ildə inşa edib: "Buruqların yaxınlığında ev tikənlər necə tikibsə, mən də elə inşa etmişəm. Bu ərazidə sovet dövrünün tikililəri var. İndi belə söhbət gəzir ki, neft yataqlarının yanındakı tikililər hasilata mane yaratdığı üçün ola bilər ki, belə evlərə kompensasiya verilməsin. Gərək bunu o zaman ev tikəndə deyərdilər. Əgər həmin vaxt ev tikəndə buna göz yumublarsa, indi də gözüyumulu sökə bilməzlər. Neft buruqlarına yaxın, eləcə də saziş ərazisində yüzlərlə tikili var. Çoxunun yalnız bələdiyyə sənədi var. Belə çıxır ki, həmin tikililərə kompensasiya ödənilməyəcək?"

Sakinlərlə söhbətdən belə məlum oldu ki, qəsəbə ərazisində neft yataqlarına yaxın yerləşən fərdi yaşayış evləri ilə yanaşı, saziş ərazisindəki digər tikililər də qanunsuz hesab olunur. Məsələn İsfahani küçəsində inşa edilən fərdi yaşayış evlərinin əksər hissəsi saziş ərazisinə düşür. Amma neft yataqlarının yanında yerləşmir. Sakinlərin iddiasına görə, belə evlər neft hasilatına mane olmadığından kupça verilə bilər. Sakin Esmira Nuriyeva deyir ki, onun üzərində ev tikdiyi torpaq pay torpağıdır. Bələdiyyə sənədi var, amma evinə kupça verilmir. E. Nuriyeva deyir ki, kupça üçün müraciət edəndə, onlardan evin saziş ərazisinə düşmədiyini təsdiqləyən sənəd tələb edirlər. Bu sənədi isə sakinlər ala bilmir. Çünki evlərin bir hissəsi saziş ərazisinə düşür.

© Sputnik / Irade JELILQəsəbə ərazisində neft yataqlarına yaxın yerləşən fərdi yaşayış evləri ilə yanaşı, saziş ərazisindəki digər tikililər də qanunsuz hesab olunur
Neft ərazisində tikilən evlər: Sənəd verilə də bilər, verilməyə də - Sputnik Azərbaycan
Qəsəbə ərazisində neft yataqlarına yaxın yerləşən fərdi yaşayış evləri ilə yanaşı, saziş ərazisindəki digər tikililər də qanunsuz hesab olunur

Sakinlər deyir ki, neft çıxan torpaqlarda evləri çarəsizlikdən tikiblər. Çünki bu ərazilərdə torpağın qiyməti həmişə ucuz olub. Burada olarkən öyrəndik ki, Binəqədi qəsəbəsində neft yatağının üzərində inşa edilən evlər də var. Sakinlərin sözlərinə görə, neft yataqlarına yaxın tikilən evlər də hasilat üçün problem yaratmır.

Binəqədi qəsəbə bələdiyyəsinin sədri Aytac Əliyeva isə Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, Binəqədi qəsəbəsinin ərazisinin xeyli hissəsi saziş ərazisinə düşür. A. Əliyevanın sözlərinə görə, qanunsuz evlərin sənədləşdirilməsi istiqamətində işlərə başlanılıb. Bunun üçün Əmlak Məsələləri Dövlət Komitəsi və kommunal qurumlar həmin sənədlərə imza atırlar: "Amma Binəqədi OİL hələlik sənədlərə imza atmayıb. Onlar komissiya ilə birgə evlərin yerləşdiyi əraziyə yerində baxış keçirəcəklər".

© Sputnik / Irade JELILElə evlər var ki, plomblanmış quyunun üzərində yerləşir
Neft ərazisində tikilən evlər: Sənəd verilə də bilər, verilməyə də - Sputnik Azərbaycan
Elə evlər var ki, plomblanmış quyunun üzərində yerləşir

Bələdiyyə sədri deyir ki, hətta neft buruqları yaxınlığındakı evlərə də sənəd verilmə ehtimalı var: "Binəqədi qəsəbəsinin 1, 2 və 3-cü Mədən ərazilərində neft quyuları var. Elə evlər var ki, plomblanmış quyunun üzərində yerləşir. Sənəd verildikdə, bu məsələlər nəzərə alınacaq. Qanunla isə neft quyularının mühafizə zolağı 25 metrdir. Yəni evlər quyulardan ən azı 25 metr kənarda olmalıdır. Amma qəsəbədə elə ərazilər var ki, orda neft quyuları yoxdur. Bununla belə, saziş ərazisidir. Orada da hasilata problem yaranmadığı üçün sənədləşmə işi aparılacaq. Bununla yanaşı, bələdiyyənin mülkiyyətində olan 164 hektar ərazi var. O ərazilərdəki evlərə də kupça verilməsi problem olmayacaq. İlk mərhələdə mühafizə zolaqlarına düşməyən, kommunal xətlərin üzərində və altında yerləşməyən tikililər sənədləşdiriləcək".

Məlumat üçün bildirək ki, hələ bir müddət əvvəl hökumətə təqdim olunan təkliflərdə də bu məsələ öz əksini tapıb. Təklif olunub ki, ilkin mərhələdə risk ərazisinə düşməyən evlər sənədləşdirilsin. Əgər elektrik, ya da su xəttinin istiqamətini dəyişmək mümkünsə, o zaman həmin evlərə toxunulmasın.

İqtisadçı Vüqar Bayramov deyir ki, qeydiyyatsız həyət evlərinin sənədləşdirilməsi ilə bağlı konsepsiya hazırdır: "Bu o deməkdir ki, növbəti ilin əvvəlində sözügedən konsepsiyanın parlamentə təqdim olunması və bundan sonra müzakirələrdən sonra 2020-ci ildə qeydiyyatsız həyət evlərinin sənədləşməsinə başlanılması gözlənilir".

© Sputnik / Irade JELIL
Binəqədidə neftlə çirklənmiş ərazilər - Sputnik Azərbaycan
1/4
© Sputnik / Irade JELIL
Binəqədidə neftlə çirklənmiş ərazilər - Sputnik Azərbaycan
2/4
© Sputnik / Irade JELIL
Binəqədidə neftlə çirklənmiş ərazilər - Sputnik Azərbaycan
3/4
© Sputnik / Irade JELIL
Binəqədidə neftlə çirklənmiş ərazilər - Sputnik Azərbaycan
4/4
1/4
2/4
3/4
4/4

Əmlak ekspert mərkəzinin rəhbəri Ramin Osmanlı isə bildirir ki, həmin sənədsiz evlərin sənədləşməsi bir tərəfdən əmlak və torpaq vergisindən dövlət büdcəsinə xeyli vəsaitin daxil olmasına imkan verəcək, digər tərəfdən vətəndaşların mülkiyyət hüququ qorunacaq: "Artıq vətəndaş yeni qanunla öz əmlakını alqı-satqıya, girov əməliyyatlarına, bağışlamaya, digər əməliyyatlara cəlb edə bilər. Bu gün müvafiq strukturların arxayın və asan şəkildə bu prosesə qoşularaq addımlar atması da əslində Cənab Prezidentin bilavasitə tapşırıq və tövsiyələri əsasında həyata keçirilir".

Qeyd edək ki, Əmlak Məsələləri Dövlət Komitəsində qanunsuz evlərin sənədləşdirilməsi istiqamətdə işlərin həyata keçirilməsi üçün işçi qrupu yaradılıb. Konsepsiya hazırlanaraq Prezident Administrasiyasına təqdim edilib. Bakı və ətraf ərazilərdə isə sənədsiz həyət evlərinin sayı 500 mindən çoxdur. Onların 70 minə yaxını riskli hesab edilən ərazilərdədir. Bu siyahıda neft yataqları ərazisində inşa edilən tikililər də var.

Xəbər lenti
0