CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Bakıya yağış, rayonlara qar yağacaq

Abunə olmaq
Azərbaycanın rayonlarında arabir  yağış, bəzi dağlıq və dağətəyi rayonlarda  qar  yağacağı gözlənilir. Bəzi şərq rayonlarında intensiv olacağı ehtimalı var

BAKI, 3 yanvar — Sputnik. Yanvarın 4-də gözlənilən hava şəraiti haqqında məlumat açıqlanıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Sputnik Azərbaycan-a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında gün ərzində fasilələrlə yağış yağacağı gözlənilir. Bəzi yerlərdə duman olacaq. Mülayim cənub küləyi əsəcək.

Havanın temperaturu  gecə 3-6° isti, gündüz  7-9° isti, Bakıda  gecə 3-5° isti, gündüz  7-9° isti olacaq. Atmosfer  təzyiqi normadan yüksək 770 mm civə sütunundan 763 mm civə sütununa enəcək. Nisbi rütubət  70-80 % olacaq.   

Azərbaycanın rayonlarında arabir  yağış, bəzi dağlıq və dağətəyi rayonlarda  qar  yağacağı gözlənilir. Bəzi şərq rayonlarında intensiv olacağı ehtimalı var. Ayrı-ayrı yerlərdə duman olacaq. Şərq küləyi əsəcək. Havanın temperaturu gecə 1° şaxtadan 4°-dək isti, gündüz  5-9°  isti, dağlarda gecə 1-6° şaxta, gündüz  0-4° isti olacaq.

Xəbər lenti
0