CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

"Beton yığını" - Ukrayna dairəsində piyada keçidi nəyə yarayacaq?

© Sputnik / Irade JELILUkrayna dairəsindəki keçidin tikintisi
Ukrayna dairəsindəki keçidin tikintisi - Sputnik Azərbaycan
Abunə olmaq
Ərazidə piyada zolağı olduğu üçün bir tərəfdən piyada keçidinin inşası, digər tərəfdən zolaq sürücülərin hərəkətinə maneçilik törədir.

İradə Cəlilova, Sputnik Azərbaycan

BAKI, 1 yanvar — Sputnik. Ötən ilin əvvəlindən Bakının Əhmədli qəsəbəsindəki Ukrayna dairəsi yaxınlığında tikintisinə başlanılmış piyada keçidi nə piyadaların, nə də sürücülərin ürəyincə deyil.

Piyadalar keçidin hündür olmasından şikayət edir və iddia edirlər ki, keçid inşa edilən yol o qədər də böyük və enli olmadığı üçün bu keçidə ehtiyac yoxdur. Həmçinin keçidin çox uzun olmasını bildirərək, yaşlı adamların, hamilə qadınların və digərlərinin oradan keçəndə böyük əziyyət çəkəcəklərini qeyd edirlər.

Sürücülər isə keçidin yolu daraltdığını iddia edir.

Sputnik Azərbaycan xəbər verir ki, Neapol küçəsində inşasına başlanılmış piyada keçidi həqiqətən yolu daraldıb və avtomobillərin hərəkətinə mane olur. Ərazidə piyada zolağı olduğu üçün bir tərəfdən piyada keçidinin inşası, digər tərəfdən zolaq sürücülərin hərəkətinə həqiqətən maneçilik törədir.

© Sputnik / Irade JELILUkrayna dairəsindəki keçidin tikintisi
Beton yığını - Ukrayna dairəsində piyada keçidi nəyə yarayacaq? - Sputnik Azərbaycan
Ukrayna dairəsindəki keçidin tikintisi

Yaxınlıqda yaşayan sakinlər isə keçidi "beton yığını" adlandıraraq, gərəksiz olduğunu hesab edir.

Məsələ ilə bağlı Sputnik Azərbaycan-a danışan Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) mətbuat katibi Anar Nəcəfli bildirib ki, Ukrayna dairəsi yaxınlığında tikilən keçidin tikintisinə ilin əvvəllərində başlanılıb. Və 2020-ci ilin əvvəlində keçidin tikintisi başa çatacaq.

"AAYDA icraçı bir qurumdur. Yəni, hər hansı bir ərazidə piyada keçidinin tikintisi ilə bağlı AAYDA qərar vermir. AAYDA sadəcə olaraq təklif verə bilər ki, hansısa ərazidə piyada keçidinin və ya hansısa keçidin tikintisinə ehtiyac var. Sırf yol hərəkətinin təşkili və təhlükəsizliyi ilə məşğul olan qurum deyilik. Bu işlərdə məsuliyyətli olan digər qurumlar var. Və bu qurumlar həm Bakı şəhəri və Respublika üzrə bu işlərlə məşğul olurlar", - deyə o vurğulayıb.

© Sputnik / Irade JELIL
Ukrayna dairəsindəki keçidin tikintisi - Sputnik Azərbaycan
1/3
© Sputnik / Irade JELIL
Ukrayna dairəsindəki keçidin tikintisi - Sputnik Azərbaycan
2/3
© Sputnik / Irade JELIL
Ukrayna dairəsindəki keçidin tikintisi - Sputnik Azərbaycan
3/3
1/3
2/3
3/3

Nəcəfli qeyd edib ki, hansısa bir ərazidə piyda keçidinin tikilməsi ilə bağlı qərar verilibsə və bu iş AAYDA-ya tapşırılıbsa, qurum bu işləri icra edir. Haradasa keçidin olmasına isə hərəkətin təşkili və təhlükəsizliyi ilə bağlı qurumlar qərar verir. Yəni, keçidə ehtiyac olmasaydı tikintisinə başlanılmazdı...

Xəbər lenti
0