CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Yeni ilin ilk gününün havası

© Sputnik / Murad OrujovПредновогодний Баку
Предновогодний Баку - Sputnik Azərbaycan
Abunə olmaq
Azərbaycanın rayonlarında əsasən yağmursuz küçəcək. Lakin günün birinci yarısında Daşkəsən-Gədəbəy zonasında yağıntılı olacağı ehtimalı var

BAKI, 31 dekabr — Sputnik. Yanvarın 1-də Azərbaycanda gözlənilən hava şəraiti haqqında məlumat açıqlanıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Sputnik Azərbaycan-a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında sabah dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Gecə və səhər bəzi yerlərdə duman olacaq.  Cənub küləyi günün ikinci yarısında şimal-qərb küləyi ilə əvəz olunacaq.

Havanın temperaturu  gecə 5-8° isti, gündüz  10-14° isti, Bakıda  gecə 5-7° isti, gündüz  11-13° isti olacaq. Atmosfer  təzyiqi normadan yüksək 761 mm  civə sütunu təşkil edəcək. Nisbi rütubət 70-80% olacaq.   

Azərbaycanın rayonlarında əsasən yağmursuz küçəcək. Lakin günün birinci yarısında Daşkəsən-Gədəbəy zonasında yağıntılı olacağı ehtimalı var. Ayrı-ayrı yerlərdə duman olacaq. Qərb küləyi əsəcək. Havanın temperaturu gecə 2-7° isti, gündüz  9-14°  isti, dağlarda gecə 0-5° şaxta, gündüz  2-7° isti olacaq.

Xəbər lenti
0