CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Yeni ilə köhnə problemlə - Bankomatlarda vəsait niyə yoxdur?

© Sputnik / © Sputnik / Elvin AhmadЖенщина у банкомата
Женщина у банкомата - Sputnik Azərbaycan
Abunə olmaq
Ekspert: "Öz qərarları çərçivəsində bəzi bankların bəzi filialları bayram günləri işləyəcək. Amma o filialların işləməsi bankomatların işləməsi anlamına gəlmir"

Xalid Məmmədov, Sputnik Azərbaycan

BAKI, 30 dekabr — Sputnik. İlin sonuna az qalmış bir sıra bankların bankomatlarından nağd pul çıxartmaq olmur, çünki bankomatlarda vəsait yoxdur, yaxud da bankomatlarda nağd pulun çıxarışına limit qoyulub. Bu zaman insanlar digər bankomatlara üz tutmalı olurlar. Bu həm pul (digər bankdan pul çıxaranda faiz tutulur), həm də eyni zamanda vaxt itkisi deməkdir. Qarşıdan bayram günlərinin gəldiyi, ölkəyə turist axınının gözləndiyi bir vaxtda bir sıra bankların bankomatlarından nağd pul çıxarışına limitin qoyulması, yaxud da nağd pulun olmamasında səbəb nədən ibarətdir?

Центральный банк Азербайджанской Республики - Sputnik Azərbaycan
İQTİSADİYYAT
Mərkəzi Bank manatın məzənnəsi barədə açıqlama yaydı

İqtisadçı-ekspert Natiq Cəfərli Sputnik Azərbaycan-a deyib ki, bu, ilin sonunda bankların özlərinin hesabatlılığına dair problemlər ilə bağlı ola bilər: "Yəni banklar bankomatlarda qalan qalığı çıxardıb ilin sonuna ümumi mənzərəni görmək istəyirlər. Məlumat əldə etmək istəyirlər ki, ilin sonuna öz tədiyyə balanslarını çıxarda bilsinlər. Və bununla bağlı bankomatlara əlavə vəsaitin yerləşdirməsinə tələsmirlər, yəqin bununla bağlıdır".

"Amma bununla bağlı problemlərlə vətəndaş üzləşməməlidir. Bu, bankın öz problemidir. İşini elə qurmalıdır ki, qalığı çıxaran zaman vətəndaşların bankomatdan istifadə hüququnu məhdudlaşdırmasına yol açmasın. Çox güman ki, bütün kommersiya və biznes təşkilatlarında, o cümlədən banklarda məhz ilin sonuna bankomatlar ilə bağlı və ümumiyyətlə, iş prosesi ilə bağlı qalığın çıxarılması gedir. Yəqin banklar bununla bağlı bankomatlara əlavə vəsait yerləşdirmək istəmirlər", – deyə o qeyd edib.

Bayram günlərində bankomatlardan pul çıxarılması ilə bağlı ekspert qeyd edib ki, bankomatlara vəsait qoyulmasa, problem yaşanacaq: "Bankomatlara əlavə vəsaitlər yerləşdirməsələr, əhali əziyyət çəkəcək, söhbət təkcə yerli əhalidən getmir, turistlər üçün də problem yaşanacaq. Bayram günləri turistlərin ölkəyə gəlməsi gözlənilir. Onlar da bankomatlardan istifadə edir və vəsaitin bir qismini nağdlaşdırırlar. Bu məsələlərə daha diqqətlə yanaşıb öncədən tədbirlər görülməlidir. Əgər bu gün bankomatlara əlavə vəsait yerləşdirilməsə, yerli əhali, turistlər bununla bağlı bir neçə gün problemlər yaşayacaqlar".

"Öz qərarları çərçivəsində bəzi bankların bəzi filialları bayram günləri işləyəcək. Amma o filialların işləməsi bankomatların işləməsi anlamına gəlmir. Çünki bankomatlara pul yerləşdirilməsi mərkəzləşdirilmiş qaydada xüsusi təhlükəsizlik qaydalarına uyğun olaraq aparılır. Ona görə də bayram günləri hətta bəzi filiallar işləsə belə, bu, bankomatlarda vəsaitin olacağı anlamına gəlməyəcək", – deyə o əlavə edib.

Люди производят платеж через терминал оплаты на станции бакинского метрополитена - Sputnik Azərbaycan
CƏMİYYƏT
"Bakı Kart" istifadəçiləri balansı onlayn artıra biləcəklər

Azərbaycan Dövlət İqtisad Universitetinin professoru Elşad Məmmədov da Sputnik Azərbaycan-a deyib ki, ilin sonunda banklarda likvidliklə bağlı problemlər yarana bilər: "Amma bu gün bank texnologiyalarının sürətli inkişafını nəzərə alaraq bununla effektiv mübarizə metodları var. Təəssüf ki, bank sektorunda belə problemlərin yaranması bank menecmentindəki problemlərlə izah olunur. Likvidlik probleminin bayramqabağı olması yolverilməzdir. Mərkəzi Bank kommersiya bankları ilə bu istiqamətdə effektiv iş aparmalıdır. Bu gün Azərbaycanda pul kütləsinin əksər hissəsi faktiki olaraq nağd puldur. Belə olan halda nağd pulla bağlı, likvidliklə bağlı problemlərin yaranması yolverilməzdir, anlaşılmazdır".

"Banklarda likvidliyin az olması son nəticədə valyutadəyişmə məntəqələrinə də təsir edə bilər. Nəzərə almaq lazımdır ki, turistlərin bayram günləri ölkəyə daha çox gəlməsi gözlənilir. Valyutadəyişmə məntəqələrinin sayının da az olması müəyyən problemlər yarada bilər. Həm turistlər, həm yerli əhali müəyyən xoşagəlməz hallar ilə rastlaşa bilər. Bayram günlərində valyutadəyişmə məntəqələrinin sayı artırılmalı, bankomatlar nağd pulla tam təmin olunmalıdır", – deyə ekspert bildirib.

Xəbər lenti
0