CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Hər il dünyanı "öldürən" şayiə təsdiqlənir: Azərbaycanda da görürük

© sputnikzion / sunsetЗакат, фото из архива
Закат, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
Quraq ərazilər daha da quraqlaşacaq, suvarma suyuna ehtiyac artacaq, isti hava axınlarının çoxalması müxtəlif xəstəliklərin yaranmasına səbəb olacaq

İradə Cəlilova, Sputnik Azərbaycan

BAKI, 28 dekabr — Sputnik. Ölkə üzrə dağlıq və dağətəyi rayonlarda şaxtalı günlərin, o cümlədən qarlı günlərin sayının azalması müşahidə edilir. Ümumdünya Meteorologiya Təşkilatının xüsusiləşdirilmiş mərkəzlərinin məlumatına əsasən, bizim regionda temperatur rejimində müsbət anomaliyanın üstünlüyü, yağıntıların isə, bəzi şərq rayonları istisna olmaqla, normadan az olacağı gözlənilir.

Bəs, buna səbəb nədir?

AMEA-nın H.Ə.Əliyev adına Coğrafiya İnstitutunun Elmi işlər üzrə direktor müavini, coğrafiya üzrə fəlsəfə doktoru, dosent Məhərrəm Həsənov Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, dünyanın hər yerində istiləşmə prosesi müşahidə edilir. Son 30 ildə Azərbaycanda orta tempratur 1,5 C yüksəlib. Onun nəticəsidir ki, noyabr və dekabr aylarında temperatur normadan (Ümumdünya Meteorologiya Təşkilatı tərəfindən 1961-1990-cı illərdə müşahidə edilən hava şəraiti norma kimi qəbul edilir) 3-5 C yüksək müşahidə edilib. Bütün dəyişikliklər bu normayla müqayisə edilir.

Осень, фото из архива - Sputnik Azərbaycan
CƏMİYYƏT
Qış və yay arasında əlaqə yoxdur - İllərin inancı təkzib edildi

Alimin sözlərinə görə, iqlim dəyişikliyi özünü artıq istiliyin artması ilə göstərir. Bu bütün fəsillərə aid olsa da, builki dekabr ayının hava temperaturu rekord həddə yaxınlaşır.

O qeyd edib ki, yalnız 2003-cü il dekabrın 18-də 22 C-yə qədər temperatur müşahidə edilib və bu, dekabr ayı üçün səciyyəvi hal deyil.

"İsti və quraq günlərin sayı artır. Artıq ölkənin bəzi yerlərində yağıntılı hava şəraitinin azalması normal bir hal kimi müşahidə edilir. Normaya nisbətən yağıntılar azalır. Abşeronda bu azalma daha az müşahidə edilir. Yəni Bakı ətrafı ərazilərdə yağıntı ya normada olur, ya da bir qədər az baş verir. Ancaq digər rayonlarımızda yağıntıların miqdarı azalır, temperatur yüksəlir, istiliyin miqdarı çoxalır", - deyə M.Həsənov bildirib.

Alim vurğulayıb ki, bu, təkcə respublikamız üçün deyil, bütün Qafqaz, region və cənubi Avropa üçün səciyyəvi olan bir prosesdir.

İqlim dəyişkənliyinin səbəbləri isə müxtəlifdir. Buraya antropogen və təbii amillər daxildir.

M.Həsənovun fikrincə, indiki dövrdə təbii amillərin rolu özünü zəif büruzə verir. Təbii amillərə ümumdünya atmosfer sirkulyasiyasının dəyişməsi, güclü vulkan püskürmələrinin çox olması və s. aiddir.

"Burada əsas rolu antropogen amillər oynayır ki, bu da daha çox sənaye tullantılarıyla çirklənməni nəzərdə tutur. Yəni atmosferdə dünya miqyasında karbon qazının miqdarı çoxalır. Deyək ki, 100 il bundan öncə atmosferdə karbon qazının miqdarı 0,30 faiz qəbul edilirdi, indi isə bu faiz qat-qat artıb", - deyə o əlavə edib.

Закат солнца в деревне - Sputnik Azərbaycan
CƏMİYYƏT
Hər gün temperatur rekordları - sonu nə olacaq?

Avtomobillərdə yanacağın yanması, təbii yanacaq növləri, kömür, benzin, dizel yanacağı, mazutun yandırılması ilə atmosferdə karbon qazının miqdarı artır və bu da istixana effekti yaradır.

Bunlara bəzən istixana effekti yaradan qazlar deyilir. Bunlar bir təbəqə əmələ gətirir. Günəşdən gələn istiliyi yerə buraxır, torpaq qızandan sonra istiliyi atmosferə ötürməlidir. Ancaq həmin istilik atmosferə gedib çatmır. Yaranan digər təbəqə tərəfindən yenidən yerə qaytarılır. Bu da Yer ətrafında havanın isti olmasına səbəb olur.

"Quraqlıq artır, atmosferdə tozların miqdarı artır. Atmosferin şəffaflığının azalması istixana qazlarının və temperaturun artmasına gətirib çıxarır. Bu, ani deyil, tədricən baş verən bir prosesdir və bütün canlılar üçün çox təhlükəlidir", - deyən alim qeyd edib ki, istiləşmə təbii zonaların landşaft və iqlim qurşaqlarının sərhədlərinin dəyişməsinə səbəb olacaq.

Quraq ərazilər daha da quraqlaşacaq, suvarma suyuna ehtiyac artacaq, isti hava axınlarının çoxalması müxtəlif xəstəliklərin yaranmasına səbəb olacaq.

Xəbər lenti
0