CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Hərəyə bir “kiçik koma” – Hamı “sadələşdirilməlidir” deyir

Abunə olmaq
Elnur Fərzəliyev tikinti və daşınmaz əmlak sahəsini özündə birləşdirən yeni bir qurumun yaradılmasını təklif edir.

İradə Cəlilova, Sputnik Azərbaycan

BAKI, 21 dekabr — Sputnik. Artıq xeyli vaxtdır ki, paytaxtda evsiz insanların mənzil sahibi olması məqsədilə bir sıra sosial layihələr həyata keçirilir. 

Макет дома, фото из архива - Sputnik Azərbaycan
CƏMİYYƏT
Ucuz mənzil almaq istəyənlərin nəzərinə
Amma sosial evlər, kirayə mənzillər evsiz insanların ümid yeri olsa da, bu layihələrin şərtləri çox az adama mənzil sahibi olmaq şansı verdi. Hər iki layihə evsiz insanların mənzil problemini kütləvi şəkildə həll edə bilmədiyindən, ümid yenə də fərdi evlərin inşasına qalır. Hansı ki, evi olmayanlar mənzil problemlərini illər əvvəldə olduğu kimi, bu gün də kiçik torpaq sahəsi alaraq özünə "kiçik koma" tikməkdə görür. Amma bu gün fərdi ev tikmək üçün tələb olunan sənədlər çox, şərtlər isə ağır olduğundan, fərdi evlərin inşasının asanlaşdırılmasına böyük zərurət var.

Tikinti məsələləri üzrə ekspert Elnur Fərzəliyev Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, bu gün əmlak və tikinti sahəsi ilə bağlı bir çox qurum və təşkilatlar sərəncam vermək hüququna malikdir. Onun sözlərinə görə, tikinti şirkətləri öz möhür və imzaları ilə müqavilə yolu ilə vətəndaşa mənzil satırlarsa, icra hakimiyyətləri tikinti, bələdiyyələr isə torpaq satışları ilə bağlı sərəncamlar verirlərsə, bağlar idarəsi və sair sadalamaqla bitməyən idarələrin bu sahədə sərəncam vermək hüququ olursa, vətəndaşlar da daima problemlərlə üzləşəcək: "Bir bina inşa olunan zaman xeyli sayda dövlət qurumlarından icazə və sərəncamlar alınır. Tikinti işləri gedən zaman isə FHN-nin tikintiyə nəzarət şöbəsi tikintinin normativlərə uyğun olub-olmadığını yoxlayır. Çox təəssüflər olsun ki, bu gün əmlak və tikinti sahəsi ilə bağlı hansısa bir problem ya məhkəmələrdə, ya polis idarələrində və digər güc strukturlarında həll olunur. Vətəndaşlar bələdiyyələrdən aldıqları torpaqlarda inşa etdikləri evlərini özəlləşdirə bilmirlər. Çünki həm torpağın təyinatının fərqli olduğu, həm də bələdiyyə torpaqlarının xəritəsinin olmadığı üçün o əmlakları özəlləşdirərkən vətəndaş müəyyən problemlərlə üzləşir".

© Sputnik / Irade JELILЭксперт в области недвижимого имущества, экономист Эльнур Фарзалиев
Hərəyə bir “kiçik koma” – Hamı “sadələşdirilməlidir” deyir - Sputnik Azərbaycan
Эксперт в области недвижимого имущества, экономист Эльнур Фарзалиев

Ekspert tikinti və daşınmaz əmlak sahəsini özündə birləşdirən yeni bir qurumun yaradılmasını təklif edir. O hesab edir ki, qurum əmlak və tikinti sahəsi ilə bağlı dövlət qurumları ilə vətəndaşlar arasında bir körpü rolunu oynamalıdır: "Bu qurumun öz qaynar xətti olmalı və hər şey bir pəncərə sistemindən idarə olunmalıdır. Və həmin qurumun aidiyyəti olan bütün qurumların bazasına birbaşa giriş icazəsi olmalıdır. Yəni vətəndaş həmin quruma rüsum ödəməklə həmin qurum vətəndaşın əmlak və tikinti məsələləri ilə bağlı üzləşdiyi bütün məsələləri həll etməlidir".

E.Fərzəliyev qeyd edib ki, bu gün yüz minlərlə fərdi yaşayış evləri mövcuddur və bu sahə dayanmadan inkişaf edir. Onun sözlərinə görə, fərdi yaşayış evlərinin inşasına icazə sənədləri sadələşməlidir. Vətəndaşa tikintinin hər kvadratına görə rüsumlar tətbiq olunmalıdır ki, vətəndaş mənzili tikib bitirdikdən sonra çıxarış ala bilsin.

"Bundan həm vətəndaş, həmdə büdcə faydalana bilər. Həmçinin mənzillərin sığortalanması prosesini də qeyd etmək istəyərdim. Onu da qeyd edim ki, əmlakların sığortalanması çox vacib məsələlərdən biri olsa da, bu sahəyə vətəndaşların marağı çox azdır. Çünki çıxarışı olmayan mənzilləri sığortalamaq bəzi sığorta şirkətlərinin marağında deyil. Bu səbəbdən hər hansı fövqəladə hal baş verən zaman dəymiş zərəri sığorta şirkətləri deyil, dövlət ödəyir", – deyə ekspert vurğulayıb.

Əmlak məsələləri üzrə ekspert Ramil Osmanlı Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, 2017-ci ildə "Tikinti və şəhər salma" məcəlləsinə edilən dəyişiklikdən sonra fərdi yaşayış evlərinin tikilməsi üçün olan qaydalar qismən sadələşdirilib.

"Fərdi yaşayış evləri artıq tikintisinə icazə verilən tikintilər kateqoriyasından çıxıb. Məlumatlandırma icraatı həyatı keçirildikdən sonra evin tikintisinə başlamaq mümkündür. Məlumatlandırma icraatı odur ki, torpaq sahəsinin çıxarışı mövcuddursa, həmin torpaq sahəsində tikiləcək evin planlaşdırma layihəsi mövcud qanunvericiliyin tələblərinə müvafiq şəkildə həyata keçirilməli və bundan sonra müvafiq icra hakimiyyətinə bununla bağlı müraciət olunmalıdır", – deyə R.Osmanlı vurğulayıb.

Ekspertin fikrincə, bəzi məsələlər var ki, bu tikintinin icazə alınmasına gətirib çıxarır.

Tikinti və Şəhərsalma Məcəlləsinin tələblərinə görə, torpaq sahəsində inşa ediləcək fərdi yaşayış evinin torpaq sahəsi üzərindən dam örtüyünə qədər olan məsafəsi 0.3 əmsalına vurulur və bu məsafə qədər qonşu divarlardan və əsas yoldan ara məsafəsi saxlanılmalıdır.

Входная дверь в одной из квартир жилого дома, фото из архива - Sputnik Azərbaycan
CƏMİYYƏT
Mənzil almaq istəyənlərə şad xəbər - Az qaldı

"Məsələn, evin hündürlüyü 5 metrdirsə, bu rəqəm 0.3 vurulur. Qonşu divarlardan və əsas yoldan 1.5 metr ara məsafəsi saxlanılmalıdır. Bu halda torpaq sahəsinin böyük ölçüdə olmasına ehtiyac yaranır. Yəni daha əvvəl ki, kimi 2-4 sot torpaq sahəsi üzərində qeyd olunan yaşayış evini tikmək mümkün deyil. 1 kvadrat metr üzərində inşa olunmalı olan yaşayış sahəsi ilə bağlı Nazirlər Kabinetinin qərarı var. Həmin qərara görə, 1 sot torpaq üzərində tikinti sahəsi həmin torpaq sahəsinin 20 faizindən çox olmamalıdır. Yəni 100 kvadrat ərazidə 20 kvadratdan artıq tikinti işi aparıla bilməz. Bu isə o deməkdir ki, vətəndaş 200 kvadrat metrlik tikinti aparmaq istəyirsə, onun 10 sot torpaq sahəsi olmalıdır. Bu sahədə torpaq almaq isə o qədər də asan deyil".

R.Osmanlı da hesab edir ki, məlumatlandırma icraatı əsasında tikilən yaşayış evləri barədə olan qaydalar sadələşdirilməlidir: "Müvafiq icra hakimiyyəti orqanları bu cür tikintilərlə bağlı nəzarəti özündə saxlayır və nəticədə bu həm icazəsiz tikililərin yaranmasına səbəb olur, həm də rüşvət, korrupsiya halları ortaya çıxır".

Xəbər lenti
0