CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Qadın və kişilərin pensiya yaşı bərabərləşir

© AFP 2023 / PASCAL PAVANIПенсионер, фото из архива
Пенсионер, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
Həmin dəyişikliyə əsasən yaşa görə sosial müavinət almaq hüququ olan yaşlıların əmək pensiyasının yeddi və səkkizinci maddələrinə əsasən, nəzərdə tutulmuş yaş həddləri bərabərləşdirilir

BAKI, 20 dekabr — Sputnik. "Sosial müavinətlər haqqında qanuna daha bir dəyişiklik edilib. Həmin dəyişikliyə əsasən yaşa görə sosial müavinət almaq hüququ olan yaşlıların əmək pensiyasının yeddi və səkkizinci maddələrinə əsasən, nəzərdə tutulmuş yaş həddləri bərabərləşdirilir".

Sputnik Azərbaycan-ın məlumatına görə, bu sözləri Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Sosial təminat siyasəti şöbəsinin müdiri Babək Hüseynov deyib: "Artıq növbəti ildən etibarən həm yaşa görə sosial müavinətlər həm də yaşa görə əmək pensiyaları qadın və kişilər üçün eyni yaşda və şərtlərlə təyin ediləcək".

Şöbə müdiri deyib ki, il ərzində 10 mindən çox şəxsə elektron qaydada pensiya, 14 minə qədər şəxsə isə müavinət və təqaüd təyin edilib. Nazirlik rəsmisi bildirib ki, ilin sonunadək elektronlaşdırma işləri tam başa çatdırılacaq: "Proqnozlarımıza görə, 2020-ci ildə 180 mindən çox vətəndaşımıza sosial təminatla bağlı həm pensiya, həm müavinətlər tam elektronlaşmış qaydada onların heç bir dövlət idarə müəssisəsinə müraciət etmədən qeydə alınaraq tam elektronlaşdırılmış şəkildə aparılacaq".

Xəbər lenti
0