CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Azərbaycanda doğulan əkiz, üçəm və dördəmlərin sayı açıqlandı

CC0 / pixabay / Близнецы
Близнецы - Sputnik Azərbaycan
Abunə olmaq
Doğulanların 53,2 faizi oğlan, 46,8 faizi isə qız uşaqlarıdır. Körpələrdən 2774-ü əkiz, 78-i üçəm, 4-ü isə dördəm olub

BAKI, 18 dekabr — Sputnik. Bu ilin yanvar-oktyabr ayları ərzində Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri tərəfindən 117752 doğulan körpə qeydə alınıb. Dövlət Statistika Komitəsindən Sputnik Azərbaycan-a verilən məlumata görə, əhalinin hər 1000 nəfərinə bu göstərici ötən ilin müvafiq dövrü ilə müqayisədə dəyişməyərək eyni səviyyədə (14,2) qalıb.

Doğulanların 53,2 faizi oğlan, 46,8 faizi isə qız uşaqlarıdır. Körpələrdən 2774-ü əkiz, 78-i üçəm, 4-ü isə dördəm olub.

Xəbər lenti
0