CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

SOCAR-dan maraqlı TANAP və Boz qurd paylaşımı - FOTO

© Sputnik / Ilya Pitalev / Mediabanka keçidВолки
Волки - Sputnik Azərbaycan
Abunə olmaq
"TANAP-ın Ərdahan vilayətindəki kompressor stansiyasının ətrafına qurdların toplaşması mühafizə kameramıza tuş gəlib. Nəticədə heyrətamiz bir görüntü alındı"

BAKI, 16 dekabr — Sputnik. Türkiyədə kompressor stansiyası ətrafında maraqlı hadisə baş verib.

Sputnik Azərbaycan xəbər verir ki, sözügedən ərazidə canavar sürüsü kameraların obyektivinə tuş gəlib. Bu barədə SOCAR-ın rəsmi Facebook səhifəsindən paylaşım edilib.

Paylaşımda deyilir: "TANAP-ın Ərdahan vilayətindəki kompressor stansiyasının ətrafına qurdların toplaşması mühafizə kameramıza tuş gəlib. Nəticədə heyrətamiz bir görüntü alındı".

Qeyd edək ki, TANAP Layihəsi Xəzər Dənizinin Azərbaycan sektorundakı "Şahdəniz-2" yatağından və Xəzər Dənizinin digər sahələrindən hasil edilən təbii qazın Türkiyəyə və öz növbəsində bu ölkədən Avropaya nəqlini nəzərdə tutur. Bu layihə Cənubi Qafqaz Boru kəməri (CQBK) və Trans-Adriatik Boru Kəməri (TAP) ilə birlikdə "Cənub Qaz Dəhlizi"nin tərkib hissəsidir. TANAP Türkiyənin Gürcüstan sərhədində, Ərdəhanın Posof bölgəsindəki Türkgözü kəndindən başlayaraq, Qars, Ərzurum, Ərzincan, Bayburt, Gümüşxanə, Girəsun, Sivas, Yozqat, Kırşəhər, Kırıkkale, Ankara, Əskişəhər, Bilecik, Kütahya, Bursa, Balıkesir, Çanaqqala, Təkirdağ və Ədirnə də daxil olmaqla 20 vilayətdən keçərək Yunanıstan sərhədində Ədirnənin İpsala bölgəsində başa çatır.

Xəbər lenti
0