CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

AzTV dəyişir – Sədr yeniliklərlə bağlı açıqlama verdi

© Sputnik / Murad OrujovПульт дистанционного управления телевизором, фото из архива
Пульт дистанционного управления телевизором, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
Həmçinin diqqətə çatdırılıb ki, yaxın günlərdə "Baku s Nadejdoy", "Hüquq və mən" verilişləri efirə çıxacaq

BAKI, 16 dekabr — Sputnik. "Azərbaycan Televiziyası 2020-ci ildən HD formatına keçir. Proqramların yeni server sistemindən yayımlanması üçün lazımi avadanlıqlar alınıb. Bu, 63 illik Azərbaycan Televiziyası tarixində böyük bir mərhələdir".

Студийный микрофон, фото из архива - Sputnik Azərbaycan
CƏMİYYƏT
Televiziya və radio kanallarının rəhbərlərinə xəbərdarlıq edildi

Sputnik Azərbaycan-ın məlumatına görə, bu fikirləri "Azərbaycan Televiziya və Radio Verilişləri" Qapalı Səhmdar Cəmiyyətinin sədri Rövşən Məmmədov Bədii Şuranın növbəti iclasında səsləndirib. O, qeyd edib ki, verilişlərin daha da effektiv hazırlanması üçün 10-dan çox montaj kompüterləri alınıb.

Həmçinin diqqətə çatdırılıb ki, yaxın günlərdə "Baku s Nadejdoy", "Hüquq və mən" verilişləri efirə çıxacaq. İclasda Bədii Şura üzvləri Azərbaycan Televiziyası, "Mədəniyyət" və "İdman" kanallarında nümayiş olunan proqramlarla bağlı fikir mübadiləsi aparıblar, təklif və iradlarını bildiriblər.

Bədii Şuranın növbəti iclası 2020-ci ilin yanvar ayında keçiriləcək.

Xəbər lenti
0