CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Aşpaz, yoxsa aş-baz: Qarnımızı doyuranlar həm də qanımızı qaraldırlar

© pixabay / PexelsПовар, фото из архива
Повар, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
T.Əmiraslanov bildirir ki, ümumiyyətlə, qida təhlükəsizliyinə riayət etmək üçün hər bir sahə üzrə ixtisaslaşmış aşpaz olmalıdır

Nigar İsgəndərova, Sputnik Azərbaycan

BAKI, 15 dekabr — Sputnik. Əslində hər şey qidadan başlayır, desək yanılmarıq. Evdən kənarda sağlam və təhlükəsiz qidalanmağımız isə daha çox aşpazların əlindədir. Xüsusən də məktəb və bağçalarda ixtisaslaşmış aşpazlara ehtiyac olduğu artıq bir müddətdir ki, deyilir.

Elə Milli Kulinariya Mərkəzinin prezidenti Tahir Əmiraslanov da belə bir fikirlə çıxış edib. Sputnik Azərbaycan-da təşkil olunan görüşdə T.Əmiraslanov hər il ölkədə 2 min aşpazın yetişdiyini və bu rəqəmin tələbatı qarşılamağa imkan verdiyini söyləyib: "Yetər ki, onlar savadlı mütəxəssis olsunlar. Çünki savadsız aşpaz qida təhlükəsizliyinə riayət etməyəcək. Uşaq bağçasında çalışan aşpaz xörəkləri elə bişirməlidir ki, onun tərkibində olan faydalı hüceyrələr ölməsin. Əks halda, bu xörək yalnız uşağın qarnının doymasına xidmət edəcək, ona hansısa faydası olmayacaq".

© Sputnik / Murad OrujovMilli Kulinariya Mərkəzinin prezidenti Tahir Əmiraslanov
Aşpaz, yoxsa aş-baz: Qarnımızı doyuranlar həm də qanımızı qaraldırlar - Sputnik Azərbaycan
Milli Kulinariya Mərkəzinin prezidenti Tahir Əmiraslanov

Ümumiyyətlə, müxtəlif sahələr, yerlər üzrə aşpazların ixtisaslaşma məsələsi də gündəmdədir. Bağça, məktəb, iş yerləri və digər sahələrə görə aşpazlar ixtisaslaşmalıdırmı?

Mövzu ilə bağlı Sputnik Azərbaycan-a danışan T.Əmiraslanov bildirir ki, ümumiyyətlə, qida təhlükəsizliyinə riayət etmək üçün hər bir sahə üzrə ixtisaslaşmış aşpaz olmalıdır. Yəni uşaq bağçasının, məktəblərin aşpazı ayrıca olaraq ixtisaslaşmalıdır. Eyni zamanda iş yerləri üçün də ixtisaslaşmış aşpazlar olmalıdır: "Çünki uşaq bağçasının aşpazı xörəyi elə bişirməlidir ki, bu yalnız azyaşlının qarnını doyurmağa deyil, ona fayda verməyə xidmət etsin".

Azərbaycanda daha çox aşpazların 5 nömrəli peşə məktəbi və 12 nömrəli peşə məktəbində yetişdirildiyini deyən mütəxəssis peşə məktəbini bitirən aşpazların elə oradaca dərs deməsinin əleyhinə olduğunu vurğulayıb: "Peşə məktəblərində ali təhsilli şəxslər dərs deməlidirlər. Bu şəxslər çox güclü mütəxəssislərdən olmalıdır. Bir adamın bir neçə dəfə yarışlarda yer alması o demək deyil ki, o sabah peşə məktəbində müəllim kimi çalışmalıdır. Pedaqogika asan bir proses deyil. Yaxud da o demək deyil ki, 5 xörək bişirən şəxs aşpazdır. Hələ SSRİ dövründə aşpazın ustad səviyyəsinə çatmadan praktikada belə, dərs deməsinə imkan verilmirdi".

Lakin peşə məktəblərindəki mövcud şərait aşpazların yetişdirilməsinə imkan vermir. T.Əmiraslanovun sözlərinə görə, peşə məktəblərində hər şagird üçün 2-4 gözlü soba, ayrıca aparaturalar, soyuducular, istehsalat stolları ayrı olmalıdır: "10-15 uşaq bir sobanın, plitənin ətrafında toplaşmamalıdır. Emalatxanada 2-3 plitənin olması bazanın olması demək deyil. Tədris prosesi tələbələrə 75 faiz avadanlıqlarla təmin etməlidir. Bundan başqa, peşə məktəblərinin özlərinin restoranları olmalıdır. Amma baxın, hansı peşə məktəbinin özünün böyük restoranı var?! Onların avadanlıqları ən modern tələblərə cavab verməlidir. Bu avadanlıqlar köhnəldikcə dəyişilməlidir. Burada tədris olunan kitablar və proqramlar müasir səviyyədə qəbul olunan olmalıdır. Lakin təəssüflər olsun ki, bu peşə məktəblərində verilən diplomları Biləcəridən o yanda tanımırlar. Bu peşə məktəblərində dünya restoranlarına inteqrasiya oluna biləcək kadrlar hazırlanmalıdır".

Нусрет Гёкче - Sputnik Azərbaycan
Aşpaz Nüsrətdən divara yapışdırılmış ətə görə fantastik qiymət

"Peşə məktəbində təhsil alan uşaqların savadsızlığı da bir problemdir. Çünki bizdə əksər hallarda universitetə daxil ola bilməyən uşaqlar peşə məktəbinə yönəlirlər. Bu peşə məktəblərində kitabxanalarda kitab az, yox səviyyəsindədir. Tədris vəsaitləri pis vəziyyətdədir. Belə yerdə təhsil alanlar xarici dili yaxşı səviyyədə bilmirlər. Rus dili və ingilis dilini bilməyəndən necə yaxşı mütəxəssis ola bilər? Çünki əksər ədəbiyyatlar məhz bu dillərdədir", - deyə o əlavə edib.

T.Əmiraslanov aşpazlıq üzrə peşə təhsilnini nöqsanlarından da söz açıb: "Belə peşə məktəblərini bitirən məzunlardan bir neçəsi metro stansiyaların birinin yanında "Fəsəli" adlanan bir obyekt açaraq içində blinçik bişirib satırdılar. Onlarla danışanda məlum oldu ki, məktəbdə blinçik onlara fəsəli kimi təqdim olunub. Onların dediyinin həqiqət olduğunu öyrəndim. Bu isə o deməkdir ki, bəzi hallarda peşə məktəblərinin tədrisindən kömək yox, zərbə gəlir”.

T.Əmiraslanovun sözlərinə görə, aşpazlıq üzrə peşə təhsili 3 ildən yuxarı olmalıdır: "Norveçdə aşpazlıq üçün təhsil müddəti 7 ildir. Bundan sonra isə məzun olan şəxs ilk olaraq aşpaz köməkçisi kimi fəaliyyətinə başlayır. İki aya hansısa kursu bitirənlər aşpaz ola bilməzlər".

"Savadsız aşpaz problemi günümüzün problemidir" - Tahir Əmiraslanov

Bəs maraqlıdır, hazırda aşpaz yetişdirən müəssisələrin fəaliyyəti necədir?

Bununla əlaqədar olaraq biz 18 nömrəli peşə liseyi və Bakı Turizm Peşə Məktəbində olduq.

Bakı Turizm Peşə Məktəbində aşpazlıq peşəsi üzrə təhsil müddəti bir ildir və məlumata görə, burada hər il təxminən 30-dək aşpaz yetişdirilir. Peşə Məktəbində həmçinin bir illik təhsillə yanaşı bir neçə aylıq peşə kursları da fəaliyyət göstərir. Bir illik təhsilə görə diplom, kursdakı aktivliyə görə isə sertifikat verilir.

Модель и блогер из Азербайджана Руслана Джавадова - Sputnik Azərbaycan
Məşhur aşpaz Nüsrət azərbaycanlı bloger üçün xüsusi yemək hazırlayıb

18 nömrəli peşə liseyinin direktoru Fatma Çandirivadan aldığımız məlumata görə, ötən il təhsil ocağında 170 tələbə təhsil alıb, hazırda isə 180 tələbə təhsil alır. Burada ən uzun təhsil müddəti isə 3 ildir. Bundan başqa, 6 aylıq, 1 illik kurslar da fəaliyyət göstərir. Ümumilikdə isə 6 ay, 1 və 3 il təhsil alanlara diplom verilir. Qəbul isə Asan Xidmət vasitəsilə həyata keçirilir".

Buradakı emalatxanalarda da uşaqlar istehsalat təcrübəsi keçir, sonradan isə müxtəlif təcrübə proqramlarına yiyələnmək üçün hotel və restoranlara göndərilir. F.Çandirivanın sözlərinə görə, liseyin müxtəlif hotel və restoranlarla müqaviləsi var. Tələbələrin bacarıq və təcrübi biliklərinin artırılması üçün onların British Council ilə birgə layihələri də həyata keçirilib.

Direktorun sözlərinə görə, liseyin artıq tələbə qəbul etmək üçün imkanı yoxdur.

Xəbər lenti
0