CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

“Bazarın qanunu”: İnsanın dəyəri varmı?

Abunə olmaq
Bu sualların cavabını vermək çətindir. Ümidimiz, bütün dünyanı ağuşuna alan kapitalist sistemin çöküşünə inanmaqdır…

BAKI, 15 dekabr — Sputnik. Kapitalist sistemi tənqid edən, onun iyrənc tərəflərini göstərən filmlər və kitablar hər zaman diqqətimi çəkir. Bunu sənətlə birləşdirib təqdim edən filmlər və kitablar daha çox maraqlı və lazımlıdır. Boş şüarçılıq, pafos oxucu və tamaşaçı şəxsən mənim üçün maraqsızdır. Bu yaxınlarda bəyəndiyim üçün yenidən baxdığım və filmsevərlərə ürəklə tövsiyə edə biləcəyim "Bazarın qanunu" (La loi du marché) filmində rejissor Stefan Brize mövcud sistemin, kapitalist düzənin, iqtisadi çətinliklərin fonunda insan hekayələrini təqdim edir. 2015-ci ildə Kann Film Festivalında 2 mükafat almış bu film, aldığı mükafatlara tam layiqdir.

Здание центра кино Низами в Баку - Sputnik Azərbaycan
MƏDƏNİYYƏT
Müştərək film: Özbəklər azərbaycanlıları gözləyirlər

Filmin qəhrəmanı Tierri Toqurdonun (Vinsent London) başına gələnlər bəlkə də çoxumuzun başına gəlib, ya da tezliklə buna bənzər şeyləri yaşayacağıq. Stefan Brize sistemi, kapitalizmi çox sadə insanların həyatı fonunda ifşa edir. Bu detal mənim çox xoşuma gəldi. Böyük holdinqlər, o holdinqdə çalışan böyük vəzifə sahiblərinin həyatı ilə empati qurmağımız çətindir. Məhz bu cür sadə qəhrəmanlar yaratmaqla buna nail olmaq, kapitalist sistemin çürüklüyünü göstərmək daha məqbuldur.

İki ildir işsiz olan Tierri Toqurdo ailəsini dolandırmaq üçün iş axtarır. Dövlət isə onu səhv kursa göndərir. Yaşı artdıqca onun iş tapmaq şansları da azalır. Müxtəlif təlimlərə qatılır. Çalışır, çabalayır. Amma ortalıqda heç nə yoxdur. İş tapması üçün özünü "satmağı" bacarmalıdır. Bu mümkün olmadıqda isə kapitalizm dünyasının bir parçası olmaq qeyri-mümkündür. Amma Tierrinin ailəsi var. Ağlını itirmədən onların qarşısındakı öhdəliklərini yerinə yetirməlidir. Böyük çətinliklərdən sonra o supermarketdə iş tapır. İşə girdikdən sonra qarşılaşdığı reallıqlar daha amansızdır. Onun kimi insanlar hər yerdə çətinlik çəkir. Şirkət (dolayısıyla sistem, kapitalizm) hər zaman haqlıdır və cəzalandırmaq onun işidir.

Tierri rejimin, sistemin dəyişməyəcəyini anlayır və öz hekayəsi ilə bizlərə də başa salır ki, bu sistemdə, bu rejimdə ən dəyərsiz varlıq insandır.

***

Supermarket səhnələri bir-birini əvəz etdikcə, insanın dəyərsizliyi daha da bariz görünür. Mühafizəçilərdən birinin "Bütün müştərilər potensial oğrudur" replikası əslində dəyərlərin tamamən çökdüyünü sübut edir. Sistem insanları bir tikə çörəyə möhtac vəziyyətə saldıqdan sonra amansızcasına istismar edir. Kütlə fərqində olmasa da, gec-tez bu taleyi yaşayacaq və yaşayır. Bu dəyirman hamını üyüdür. Əgər bir gün Tierri kimi üsyan etməyi bacarmırsınızsa...

***

Filmdə dialoqlar çox olsa da, sıxıcı deyil. Üstəlik yaxın plandan çəkilişlər, musiqi, kameranın tamaşaçıya işləməsi maraqlıdır. Sözsüz ki, baş rolun ifaçısı Vinsent Londonun aktyorluğu mükafata layiq idi. Kannda aldığı "Ən yaxşı aktyor" mükafatına layiq performansı ilə Vinsent London bu filmin bütün yükünü az qala təkbaşına daşıyır. Bəzən mimikaları, jestləri ilə böyük məsələləri izah edir.

Dindarlar, arxiv şəkli - Sputnik Azərbaycan
YAZARLAR
İslamda musiqi, rəsm, heykəltaraşlıq, teatr və kino niyə haramdır?

Stefan Brizenin bu filmində hər kəs müəyyən qədər özünü tapacaq, təbii ki, axtarmağı bacarsa...

***

Kapitalizm öz şəxsi keyfiyyətlərindən vaz keçə bilən, hər şeyi sorğu-sualsız qəbul edə bilən, hadisələrə eyni baxış bucağından baxa bilən, daima “uğur”a diqqətini cəmləmiş beyinsiz robotlar yaradır. Bu sistem dəyişmədikcə iş həyatında vəziyyət dəyişməyəcək. Bəşəriyyət kapitalizmin məngənəsindən çıxa biləcəkmi? Bir gün öz təbiətimizə qayıtmaq ehtimalımız varmı?

Bu sualların cavabını vermək çətindir. Ümidimiz, bütün dünyanı ağuşuna alan kapitalist sistemin çöküşünə inanmaqdır…

İnsan sadəcə öz təbiətinə, əslinə döndüyü zaman dünya əmin-amanlıq içində, hüzurlu bir yer olacaq.

Hələlik hər şey bazar qanunlarına tabedir.

Elə bu yazı da, “La loi du marché”-dir…

Xəbər lenti
0