CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Bakıda hava şəraiti pisləşdi: reyslər təxirə düşəcəkmi?

© AFP 2023 / Justin TALLISDumanda eniş edən təyyarə, arxiv şəkli
Dumanda eniş edən təyyarə, arxiv şəkli - Sputnik Azərbaycan
Abunə olmaq
Heydər Əliyev Beynəlxalq Aeroportunun mətbuat xidmətindən əldə etdiyimiz məlumata görə, hava şəraiti ilə əlaqədar olaraq hansısa dəyişiklik olmayıb, uçuşlar qrafikə uyğun həyata keçirilir

BAKI, 13 dekabr — Sputnik. Bu gün respublikanın bəzi ərazilərində yağış yağır, qərb küləyi əsir və duman müşahidə edilir. Xüsusən Bakıya qatı duman çökməsi isə nəqliyyatın hərəkəti ilə bağlı bir çoxlarında narahatlıq yaradır.

Девушка у окна, фото из архива - Sputnik Azərbaycan
CƏMİYYƏT
Şənbə gününün havası: gözəl əhvala köklənin

Sputnik Azərbaycan bununla əlaqədar olaraq hansı reyslərdə dəyişiklik olub-olmamasını öyrənib.

Heydər Əliyev Beynəlxalq Aeroportunun mətbuat xidmətindən əldə etdiyimiz məlumata görə, hava şəraiti ilə əlaqədar olaraq hansısa dəyişiklik olmayıb, uçuşlar qrafikə uyğun həyata keçirilir.

"Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyətindən Sputnik Azərbaycan-a bildirilib ki, hava şəraiti ilə bağlı qatarların qrafikində dəyişiklik olmayacaq, lakin maşinistlər mövcud hava durumu ilə əlaqədar təlimatlıdırlar.

Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin (DANX) mətbuat xidmətindən bildirilib ki, rayonlara gedən marşrutlar təxirə salınmayıb. Mətbuat xidmətindən verilən məlumatda marşrut xətlərində hər hansı dəyişiklik olarsa, bununla bağlı məlumat verəcəkləri bildirilib.

Xəbər lenti
0