CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Azərbaycanda yeni taksi növü fəaliyyət göstərəcək

© Sputnik / Emin AlisahibПервый беспилотный железнодорожный такси
Первый беспилотный железнодорожный такси - Sputnik Azərbaycan
Abunə olmaq
"İntervalda olan sərbəst vaxtda insanlar pilotsuz dəmir yolu taksisi sifariş etməklə misal olaraq Şəkiyə və əks tərəfə hərəkət edə bilərlər"

BAKI, 13 dekabr — Sputnik. Azərbaycan dəmir yolunda yeni sərnişin daşıma taksisi xidmət göstərəcək. Sputnik Azərbaycan-ın məlumatına görə, bunu jurnalistlərə açıqlamasında Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev deyib.

Onun sözlərinə görə, bu xidmətin pilot olaraq 2020-ci ilin sonunadək istifadəyə verilməsi nəzərdə tutulur: "Bildiyiniz kimi, dəmir yolu şəbəkəsində sərnişin və yükdaşıma müəyyən interval əsasında həyata keçirilir. İntervalda olan sərbəst vaxtda insanlar pilotsuz dəmir yolu taksisi sifariş etməklə misal olaraq Şəkiyə və əks tərəfə hərəkət edə bilərlər. Belə bir layihə Yaponiyada tətbiq olunur".

Agentlik sədri, həmçinin əlavə edib ki, layihənin ciddi təhlükəsizlik konsepti hazırlanır və bütün sınaqlar aparıldıqdan sonra 2020-ci ilin sonlarına ilk prototip hazırlanacaq və pilot olaraq istifadəyə veriləcək.

Xəbər lenti
0