CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Azərbaycanlı fotoqraf Stokholmun gözəlliklərini çəkdi və səfiri təəccübləndirdi

© Facebook / Irada Asadova В Leyla Khazary Art Galery открылась фотовыставка Ирады Асадовой «Dreams About Stockholm» («Мечты о Стокгольме»)
В Leyla Khazary Art Galery открылась фотовыставка Ирады Асадовой «Dreams About Stockholm» («Мечты о Стокгольме») - Sputnik Azərbaycan
Abunə olmaq
Fotoqraf İradə Əsədova İsveçin paytaxtına səyahət zamanı çəkdiyi şəkilləri nümayiş etdirib və hər kəsi heyran qoyub.

BAKI, 13 dekabr — Sputnik. "Leyla Khazary Art Galery"-də İradə Əsədovanın "Dreams About Stockholm" ("Stokholm haqqında arzular") adlı fotosərgisi açılıb.

Sputnik Azərbaycan-ın məlumatına görə, ekspozisiyanın kuratoru Azərbaycanın məşhur fotoqrafı Rüstəm Hüseynovdur. Sərgini İsveçin Azərbaycandakı səfiri Kristian Kamill açıb. O, doğma şəhərinin təqdim olunan şəkillərinin bütün incəliklərini və nüanslarını nəzərə alaraq, ekspozisiya barədə təəssüratlarını bölüşüb.

"Təəccüblüdür ki, İradə, prinsipcə, az adamın görəcəyi yerlərdə gözəllik tapa bilib. Adətən dəmir yolu vağzalları olan mərkəzi küçələr çox cəlbedici görünmür: hər yerdə insanlar, səs-küy və xaos. Amma bu şəkillərdə mən Yeni il çələngləri ilə bəzədilmiş pəncərələr, mağazaların parlaq vitrinləri, Milad ağacları və tramvaylarla birlikdə rahat bir küçə görürəm", - deyə Kamill bildirib.

İradə Əsədova özü isə deyib ki, Stokholma səyahət onda inanılmaz təəssürat yaradıb. Onun sözlərinə görə, "Dreams About Stockholm" İsveç paytaxtının ən müxtəlif guşələrindən çəkilmiş şəkillərin sərgisidir.

"Stokholmdakı möcüzə, innovasiyalar və insanların mehribanlığı bu şəhərdə keçirilən hər günü sanki əfsanəvi Astrid Lindqrenin söylədiyi nağıllardan birinə çevririr. Bu elə şəhərdir ki, ona aşiq olmamaq mümkün deyil. Ümidvaram ki, bütün bu duyğuları fotolara köçürməyi bacarmışam", - deyə Əsədova bildirib.

Bu fotoları yaratmaqda və sərgiyə çıxarmaqda ona doğmaları, dostları və həmkarları yardım edib.

Xəbər lenti
0