16:44 22 Oktyabr 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
CƏMİYYƏT
Qısa URL
8610

Nobel qardaşları prospekti 57/2 ünvanda yerləşən Nizami adına Mədəniyyət və İstirahət Parkı bir vaxtlar uşaqdan tutmuş böyüyə kimi hamının ziyarət etdiyi məkan idi.

İradə Cəlilova, Sputnik Azərbaycan

BAKI, 12 dekabr — Sputnik. Uzun müddətdir ki, hamının unutduğu və hamının söküləcəyini düşündüyü “Luna Park” yenidən sakinlərin ixtiyarına veriləcək.

Sputnik Azərbaycan-nın əldə etdiyi məlumata görə, hazırda “Ağşəhər” layihəsi çərçivəsində “Luna park"ın yeni layihəsi hazırlanır. Layihələndirmə işləri aparılır, yaxın günlərdə isə təmir-bərpa işlərinə başlanılacaq.

Xatırladaq ki, Xətai rayonu, Nobel qardaşları prospekti 57/2 ünvanda yerləşən Nizami adına Mədəniyyət və İstirahət Parkı bir vaxtlar uşaqdan tutmuş böyüyə kimi hamının ziyarət etdiyi məkan idi.

Park sovet dövründə inşa edilmişdi. Müstəqillik dövründə "Luna Park" adı ilə tanınırdı. Amma bir neçə il öncə park bağlandı. Baxımsız qaldı, parkda olan attraksionlar isə sıradan çıxdı.

İndi isə “Luna Park”-a yeni həyat veriləcək.

Əsas mövzular