CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

“Məşədi” olmaq istəyənlərin nəzərinə: Məşhəd–Bakı birbaşa aviareys açıldı

© Photo : © AZALМеждународный аэропорт Гейдар Алиев с высоты птичьего полета
Международный аэропорт Гейдар Алиев с высоты птичьего полета - Sputnik Azərbaycan
Abunə olmaq
İran İslam Respublikası qardaş və dost Azərbaycan Respublikası ilə əlaqələrinin daha da inkişafı üçün Məşhəd – Bakı istiqamətində birbaşa uçuşlar təşkil etmişdir

Eldar Tanrıverdiyev, Sputnik Azərbaycan

BAKI, 12 dekabr — Sputnik. Məşhəd – Bakı istiqamətində birbaşa aviareyslər həyata keçiriləcək. Bu barədə İran İslam Respublikasının Azərbaycandakı səfirliyindən Sputnik Azərbaycan-a verilən məlumatda bildirilir.

"İran İslam Respublikası qardaş və dost Azərbaycan Respublikası ilə əlaqələrinin daha da inkişafı üçün Məşhəd – Bakı istiqamətində birbaşa uçuşlar təşkil etmişdir. Qeyd olunan aviareys həftədə iki dəfə olmaqla, 1-ci və 4-cü günlər həyata keçiriləcək. Bu planın icraçısı Bakustar şirkətidir. Bakustar şirkəti bu gündən etibarən Azərbaycan Respublikasının bütün sərnişinlərinə öz aviaxidmətlərini təklif edir", - deyə məlumatda vurğulanır.

Xəbər lenti
0