CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Azərbaycanlı qadın Almaniyada Süni Zəka sahəsində İlin Gənc Tədqiqatçısı seçildi

© Facebook / Gunay KazimzadeAlmaniyada Süni İntellekt üzrə ilin gənc tədqiqatçısı mükafatına layiq görülən Günay Kazımzadə
Almaniyada Süni İntellekt üzrə ilin gənc tədqiqatçısı mükafatına layiq görülən Günay Kazımzadə  - Sputnik Azərbaycan
Abunə olmaq
100-dən çox tədqiqatçı arasında Nazirliyin Elmi Şurası tərəfindən seçilmiş 6 namizəd onlayn səsvermə vasitəsilə yarışıb və Günay Kazımzadə qalibiyyət əldə edib

BAKI, 12 dekabr — Sputnik. Həmyerlimiz Günay Kazımzadə 2019-cu ilin Almaniyada Elm ili elan olunması münasibətilə Almaniyanın Federal Təhsil və Tədqiqat Nazirliyi tərəfindən Süni İntellekt üzrə ilin gənc tədqiqatçısı mükafatına nominasiyasına layiq görülüb. Sputnik Azərbaycan-ın xəbərinə görə, 100-dən çox tədqiqatçı arasında Nazirliyin Elmi Şurası tərəfindən seçilmiş 6 namizəd onlayn səsvermə vasitəsilə yarışıb və Günay Kazımzadə qalibiyyət əldə edib.

© Facebook / Gunay KazimzadeAlmaniyada Süni İntellekt üzrə ilin gənc tədqiqatçısı mükafatına layiq görülən Günay Kazımzadə
Azərbaycanlı qadın Almaniyada Süni Zəka sahəsində İlin Gənc Tədqiqatçısı seçildi - Sputnik Azərbaycan
Almaniyada Süni İntellekt üzrə ilin gənc tədqiqatçısı mükafatına layiq görülən Günay Kazımzadə

Qeyd edək ki, Günay Kazımzadə 2008-2012-ci illərdə Lomonosov adına Moskva Dövlət Universitetinin Bakı filialının Tətbiqi Riyaziyyat Fakültəsində təhsil alıb. 2012-ci ildə Azərbaycan Respublikası Xaricdə Təhsil üzrə Dövlət Proqramı və Almaniya Akademik Mübadilə Proqramının (DAAD) qalibi olaraq Almaniyanın Bonn Universitetində Kompüter elmləri üzrə təhsil alıb. 2018-ci ildən Berlin Texniki Universitetində Süni Zəka sahəsində doktorantura təhsilini davam etdirib. Həmçinin, Vayzenbaum İnstitutunda Tədqiqatçı olaraq çalışıb. O, 2018-ci ildə "Google" şirkətinin xanımlar üçün təsis etdiyi Qrantın ilk Azərbaycanlı qalibidir. Həmçinin, TED-də Süni Zəka sahəsi üzrə çıxış edən ilk Azərbaycanlı xanımdır. O, Avropada, Amerikada baş verən 100-dən çox elmi-texniki konfranslara dəvət alıb və çıxışlar edib.

ACM, APA konfranslarında Süni Zəka sahəsində elmi məqalələri çap olunub. 2019-ci ildən "TechCentrum" platformasını təsis edib. Platformanın əsas məqsədi Süni Zəka, Maşın Öyrənməsi, Blokçeyn kimi inkişafda olan texnologiyalar sahəsində Azərbaycanlı gənclərə yardımçı olmaq və praktiki biliklərə yiyələndirməkdir.

Xəbər lenti
0