CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Üç xanımın bir qadını video ilə inqilab edir - FOTO

© © Orxan AzimDövlət Kukla Teatrında "O qadın" adlı dramatik tamaşanın premyerası
Dövlət Kukla Teatrında O qadın adlı dramatik tamaşanın premyerası - Sputnik Azərbaycan
Abunə olmaq
Cəmiyyətdə ciddi narahatlıq doğuran bu məsələyə etirazını səhnə vasitəsilə çatdırmağa çalışan tamaşanın ideya müəllifləri yazıçı-rejissor Səidə Haqverdiyeva, kinotənqidçilər Sevda Sultanova və Aygün Aslanlıdır

Kamal Almuradlı, Sputnik Azərbaycan

BAKI, 11 dekabr — Sputnik. Dekabrın 10-da Azərbaycan Dövlət Kukla Teatrında yaradıcı qadınların ideya və dəstəyi əsasında hazırlanan "O qadın" adlı dramatik tamaşanın premyerası olub.

Sputnik Azərbaycan xəbər verir ki, tamaşa son vaxtlar qadın qətllərinin artması, ailə-məişət münaqişəsi zəminində daha çox onların zərər çəkməsi, ən əsası kütləvi şəkildə fiziki və mənəvi zorakılığa məruz qalmalarına etiraz olaraq səhnələşdirilib.

Cəmiyyətdə ciddi narahatlıq doğuran bu məsələyə etirazını səhnə vasitəsilə çatdırmağa çalışan tamaşanın ideya müəllifləri yazıçı-rejissor Səidə Haqverdiyeva, kinotənqidçilər Sevda Sultanova və Aygün Aslanlıdır.

Rejissor Günay Səttarın quruluş verdiyi tamaşada rolları Ülviyyə Əliyeva, Ləman Mərrih və Elgün Həmidov ifa ediblər.

© © Orxan Azim
Dövlət Kukla Teatrında O qadın adlı dramatik tamaşanın premyerası - Sputnik Azərbaycan
1/8
© © Orxan Azim
Dövlət Kukla Teatrında O qadın adlı dramatik tamaşanın premyerası - Sputnik Azərbaycan
2/8
© © Orxan Azim
Dövlət Kukla Teatrında O qadın adlı dramatik tamaşanın premyerası - Sputnik Azərbaycan
3/8
© © Orxan Azim
Dövlət Kukla Teatrında O qadın adlı dramatik tamaşanın premyerası - Sputnik Azərbaycan
4/8
© © Orxan Azim
Dövlət Kukla Teatrında O qadın adlı dramatik tamaşanın premyerası - Sputnik Azərbaycan
5/8
© © Orxan Azim
Dövlət Kukla Teatrında O qadın adlı dramatik tamaşanın premyerası - Sputnik Azərbaycan
6/8
© © Orxan Azim
Dövlət Kukla Teatrında O qadın adlı dramatik tamaşanın premyerası - Sputnik Azərbaycan
7/8
© © Orxan Azim
Dövlət Kukla Teatrında O qadın adlı dramatik tamaşanın premyerası - Sputnik Azərbaycan
8/8
1/8
2/8
3/8
4/8
5/8
6/8
7/8
8/8

Sənədli teatr üslubunda hazırlanan tamaşa adından da göründüyü kimi real faktlar, zərərçəkmiş qadınların həyat hekayələri əsasında səhnələşdirilib.

Birhissəli sosial-psixoloji mövzulu tamaşanın əsas məqsədi qadınlar arasında maarifləndirmə işi aparmaq, onlara məruz qaldıqları hər hansı zorakılıq faktına qarşı hüquqi və psixoloji dayaq nöqtəsini formalaşdırmaq və istənilən halda pozulmuş hüquqlarını bərpa etməyə cəsarətləndirməkdir.

Tamaşada qadın hüquq müdafiəçisi Mehriban Zeynalovanın qadın sığınacağında məskunlaşan qadınların, eləcə də gender üzrə mütəxəssislərin və psixoloqların videomüsahibələri də nümayiş olunub.

Xəbər lenti
0