CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Nömrənizə arxayın olub bərq vurmayın - Tutulsanız, hamı kimi ödəyəcəksiniz

© Sputnik / Grigoriy Syisoev / Mediabanka keçidСпецсигнал на автомобиле
Спецсигнал на автомобиле - Sputnik Azərbaycan
Abunə olmaq
Araşdırmalar zamanı məlum olur ki, həmin avtomobillər hansısa su daşıyan şirkətə, ya da siqaret firmasına məxsusdur.

İradə Cəlilova, Sputnik Azərbaycan

BAKI, 10 dekabr — Sputnik.  Son zamanlar paytaxtın küçələrində sayrışan işıqları olan çoxlu sayda avtomobillərə rast gəlmək olur. “AA”, “AB”, “AC" və “P*” seriyalı bu avtomobillər operativ nəqliyyat vasitələrini təqlid etməklə yanaşı, yol hərəkəti qaydalarına da əməl etmirlər.

Сотрудник дорожной полиции - Sputnik Azərbaycan
CƏMİYYƏT
Yol polisi müraciət etdi - diqqətli olun!

Nömrələri və sayrışan işıqları ilə çox zaman yol polisini də yanıltmağa nail olan belə avtomobillər saxlanılan zaman onların operativ nəqliyyat vasitəsi olmadığı üzə çıxır.

Nəqliyyat məsələri üzrə ekspert Elməddin Muradlı Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, avtomobillərə sayrışan işıqların vurulması “İnzibati Xətalar Məcəlləsinin” (İXM) 342-ci maddəsi (avtomobilin istismar qaydasının pozulması) ilə tənzimlənir.

“Son zamanlar bəzi sürücülər qanunsuz şəkildə sayrışan işıqlardan istifadə edirlər. Sürücülər avtomobilləri üçün AA, AB, AS, P ilə nömrələr alaraq, sayrışan işıqlardan istifadə edirlər. Bu avtomobillərin əksəriyyəti isə sıradan qurum və şəxslərə aid olur. Araşdırmalar zamanı məlum olur ki, həmin avtomobillər hansısa su daşıyan şirkətə, ya da siqaret firmasına məxsusdur. Bunlar həm də sayrışan işıqlardan istifadə edilər. Belə sürücülərlə söhbət zamanı ayırd etmişik ki, onlara elə gəlir, əgər xüsusi nömrə alıblarsa, onlara hər şey olar, istədikləri kimi davrana və sayrışan işıqlardan istifadə edə bilərlər. Bu şəxslər başa düşmürlər ki, sayrışan işıqlardan ancaq operativ nəqliyyat vasitələri istifadə edə bilər", - deyə ekspert bildirib.

Tesla avtomobili - Sputnik Azərbaycan
Avtomobil deyib keçməyin - Bunlar bütöv bir ölkəni çökdürə bilərlər

Muradlının sözlərinə görə, operativ nəqliyyat vasitələrinin təyinatı bəllidir. Avtomobilin operativ nəqliyyat vasitəsi olduğu onun qeydiyyat şəhadətnaməsində öz əksini tapmalıdr. Operativ nəqliyyat vasitəsi xüsisi səs siqnalları, sayrışan işıqlar və rəng qrafikası ilə təmin edilməlidir. Lakin bu gün imkanı çatan hər kəs sayrışan işıqlardan istifadə edir.

Maraqlıdır ki, sözügedən avadanlıqların istifadəsi qanunla qadağan edilsə də, onlar açıq şəkildə satışa çıxarılır.

“Yaxşı olar ki, bu avadanlıqların yol polisi tərəfindən satılmasına qərar verilsin. Başqa şəkildə satışına isə icazə verilməsin. Yox, əgər bunun açıq satışına icazə varsa, onda niyə cərimə tətbiq edilir? Bu əməlin 500-800 manat cəriməsi var. Onlarla bağlı işə məhkəmələr baxır. Təsəvvür edin ki, məhkəmə qərarı ilə sayrışan işıqlar müsadirə olunaraq məhv edilir və ondan istifadə edən sürücülərə isə cərimə kəsilir", - deyə ekspert əlavə edib.

Xəbər lenti
0