CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Çimnaz Sultanovanı avro yağışına qərq etdilər – VİDEO

Abunə olmaq
"Yeni il" adlanan mahnısına artıq klip çəkilib və Ç.Sultanova klipi öz "Youtube" kanalında yayımlayıb

BAKI, 10 dekabr — Sputnik. "Vicdan haqqı" serialındakı Larisa obrazı ilə tanınan aktrisa Çimnaz Sultanova yeni klipini təqdim edib. Sputnik Azərbaycan xəbər verir ki, aktrisa bu dəfə yeni illə bağlı mahnı oxuyub.

Artıq Ç.Sultanova həmin mahnıya çəkilən klipi öz "Youtube" kanalında yayımlayıb. Maraqlı məqamlardan biri klipdə müğənninin avroya qərq olmasıdır. "Yeni il" adlanan mahnının sözləri və musiqisi MİRO-ya məxsusdur. Klipin rejissoru isə Nicat Alışovdur.

Qeyd edək ki, Çimnaz Sultanova Bakıda anadan olub. Uşaqlıqdan Moskva şəhərində yaşayan aktrisa, təhsilini Almaniyada alıb. "Sənə inanıram" serialı, "Yüz kağız" filmi, "Qisas" serialı, "Vicdan haqqı" serialından tanıdığımız cazibədar aktrisa həm də müğənni kimi məşhurdur.

Xəbər lenti
0