21:48 18 Yanvar 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
CƏMİYYƏT
Qısa URL
9 0 0

Səbinə Əliyeva Bakının Sabunçu rayonunun Zabrat qəsəbəsində Qulu və Hüseyn adlı qardaşların valideynləri tərəfindən zorakılığa məruz qalmaları ilə bağlı Zakir Qaralova müraciət edib

BAKI, 10 dekabr — Sputnik. Azərbaycan Respublikasının İnsan hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva Bakının Sabunçu rayonunun Zabrat qəsəbəsində Qulu və Hüseyn adlı qardaşların valideynləri tərəfindən zorakılığa məruz qalmaları ilə bağlı məsələyə dərhal reaksiya verərək, Azərbaycan Respublikasının Baş prokuroruna müraciət edib.

Qurumdan Sputnik Azərbaycan-a verilən məlumata görə, müraciətdə zorakılıq ehtimalını, məsələnin ictimai və hüquqi məzmununu nəzərə almaqla, nəzarətə götürülərək araşdırılması, təqsirkar şəxslərin müəyyən olunması və görülən işlərin nəticəsi barədə məlumat verilməsi ilə bağlı məsələlər əksini tapıb.

Qeyd edək ki, Azərbaycanda iki azyaşlı uşağın valideynləri tərəfindən işgəncələrə məruz qalması ilə bağlı cinayət işi başlanıb.

Əsas mövzular