CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Nəvələri döyülən baba Bakıya gəlməkdən imtina edir

© pixabay / stevepbQoca kişi əlləri, arxiv şəkli
Qoca kişi əlləri, arxiv şəkli - Sputnik Azərbaycan
Abunə olmaq
Bu cür hadisələr baş verdikdə, gərək ki, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi də öz nümayəndəsini həmin ünvanlara yollasın və məsələni oradaca araşdırsın.

Nigar İsgəndərova, Sputnik Azərbaycan

BAKI, 10 dekabr — Sputnik. Sosial şəbəkələrdə Bakıda yaşayan Qulu və Hüseyn adlı qardaşların ata və ögey anaları tərəfindən ağır işgəncələrə məruz qalmaları ilə bağlı məlumatlar və bu işgəncələri özündə əks etdirən fotolar yayılıb. Azərbaycan Uşaqlar Birliyinin sədri Kəmalə Ağazadə zorakılığa məruz qaldığı iddia edilən uşaqların babaları ilə əlaqə saxlayıb. Sputnik Azərbaycan-a danışan K.Ağazadə bəzi nüansların qaranlıq qaldığını söyləyib: "Ortada şəkillər var, amma bu şəkillər uşaq yıxılarkən də çəkilə bilər. Bəzi qaranlıq nüanslar var. Çünki uşaqların babasını Bakıya dəvət edirəm, deyirəm ki, gəl bütün xərclərini qarşılayacağıq, o, isə imkanım yoxdur, gələ bilmərəm deyir. Ona görə də bu məsələ jurnalistlərin, cəmiyyətin araşdıra biləcəyi bir şey deyil. Bu səbəbdən də Daxili İşlər Nazirliyinin bu hadisə ilə bağlı son rəyi çox önəmlidir. O zaman biz bilə bilərik ki, bu uşaqlar öyrədilib, yoxsa ki, həqiqətən də belə bir hadisə baş verib".

Азербайджан, фото из архива - Sputnik Azərbaycan
CƏMİYYƏT
Qardaşlara işgəncə verilməsi ilə bağlı araşdırmalar nəzarətə götürülüb

"Ümumiyyətlə, uşaqlar ailədən alınmalı və bir müddət psixoloqlar onlarla işləməlidir. Bu zaman da uşağın dediklərinin nə dərəcədə həqiqəti əks etdirib-etdirmədiyini öyrənə bilərik", - deyə o əlavə edib

O, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin fəaliyyəti haqda da danışıb: "Bu cür hadisələr baş verdikdə, gərək ki, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi də öz nümayəndəsini həmin ünvanlara yollasın və məsələni oradaca araşdırsın. Maraqlıdır, bu hadisə ilə əlaqədar olaraq onlar hansısa nümayəndələrini qeyd olunan ünvana yollayıblarmı? Məgər, bu komitə bu işlərə baxmır? Məncə bu komitənin adından "qadın" və "uşaq" sözlərini çıxartmaq lazımdır".

Ağlayan qadın, arxiv şəkli - Sputnik Azərbaycan
CƏMİYYƏT
Dəhşətli qətlin "namus"la heç bir əlaqəsi yox imiş

Qeyd edək ki, Ailə, Qadın və Uşaq problemləri üzrə Dövlət Komitəsinin İnformasiya və Analitik araşdırmalar şöbəsinin müdiri Elgün Səfərov Sputnik Azərbaycan-a açıqlamasında faktla bağlı Sabunçu Rayon İcra Hakimiyyətində yaradılmış monitorinq komissiyası vasitəsilə araşdırmaların davam etdiyini bildirib: "Artıq bununla bağlı olaraq tərəfimizdən araşdırmalara başlanılıb".

Xatırladaq ki, hazırda azyaşlılar babalarının yanında, Ağcabədidədirlər. Hadisənin isə Bakıda, Zabrat qəsəbəsində baş verdiyi bildirilir.

Azərbaycan Uşaqlar Birliyinin sədri Kəmalə Ağzadənin Ailə, Qadın və Uşaq problemləri üzrə "Dövlət Komitəsinin hansısa nümayəndəsi Ağcabədiyə gedibmi?" sualına cavab olaraq qarşı tərəfin mövqeyini öyrəndik: Onlar isə bunula bağlı artıq monitorinq qruplarının ərazidə olduğunu bildiriblər.

Xəbər lenti
0