CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Bakıda evləri sökülən sakinlərə əlavə yardım verilir – Qərar da var, alan da

© Sputnik / Murad OrujovСнос домов на Советской, фото из архива
Снос домов на Советской, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
Yasamal Rayon İcra Hakimiyyəti başçısının köməkçisi Habil Süleymanzadə bildirib ki, 2018-2019-cu illərdə "Sovetski"də evləri sökülən sakinlərə əlavə vəsaitin ayrıldığı məlumatı doğrudur

Zülfiyyə Quluyeva, Sputnik Azərbaycan

BAKI, 9 dekabr — Sputnik. 2018-2019-cu ildə "Sovetski" də evləri sökülmüş sakinlərə yenidən kompensasiya veriləcək. Bu barədə Sputnik Azərbaycan-a sakinlər məlumat veriblər.

İlham Əliyev Təzəpir məscidinin qarşısındakı yeni bağın və Füzuli küçəsi boyunca salınan Mərkəzi Parkın açılışında iştirak edib - Sputnik Azərbaycan
SİYASƏT
Prezident və birinci xanım “Sovetski”də vətəndaşlarla görüşdülər

Yasamal rayonu, Çingiz Mustafayev 36 ünvanında yaşamış sakin Zöhrə Sadıyeva açıqlamasında bildirib ki, 2018-ci ilin dekabr ayında "Sovetski"də evlər sökülərkən onun da evi "plan"a düşüb. Z.Sadıyeva həmin vaxt ona və ərazidə evi sökülən hər sakinə kvadrat metrə 1500 manatdan hesablanmaqla kompensasiya verildiyini söyləyib. Onun sözlərinə görə, həmin ərəfədə sakinlər kompensasiyanın az olması, real bazar qiymətləri ilə üst-üstə düşmədiyi barədə Yasamal Rayon İcra Hakimiyyətinə şikayət ediblər: "Üç il öncə evi sökülən sakinlərə də hər kvadrat metrə görə 1500 manat vermişdilər, bizə də. Halbuki, o qiymətə indi ev almaq mümkün deyil. Biz də buna görə dəfələrlə İcra Hakimiyyətinə şikayət etmişdik. Axır ki, yeni başçı Elşad Həsənov bizim səsimizi Prezidentə çatdırdı. Cənab Prezident, 2018-2019-cu illərdə "Sovetski"də evləri sökülən sakinlərə hər kvadratmetrə 500 manatdan hesablanmaqla əlavə kompensasiyanın verilməsi barədə göstəriş verib. Qonşularımızın bir qismi kompensasiyanı alıb. Mən də sənədlərimi təqdim etmişəm. Maliyyə Nazirliyindən vəsait ayrılan kimi əlavə kompensasiya kart hesabımıza köçürüləcək. Mən indiyə qədər demək olar ki, özümə normal şəraitli ev ala bilməmişəm. Binəqədidə bir ev almışam ki, ona da ev demək olmaz. Halbuki 45 kvadrat metr sahəsi olan evimə 2000 manatdan kompensasiya verilsəydi, şəhərin kənarından ev ala bilərdim. Amma sağ olsun başçımız ki, şikayətimizi dinlədi, Prezidentə məruzə etdi".

Prezident "Sovetski"dəki məscidin söküntüsünü dayandırdı

Məlumatı Sputnik Azərbaycan-a Yasamal Rayon İcra Hakimiyyətindən də təsdiqləyiblər. Yasamal Rayon İcra Hakimiyyəti başçısının köməkçisi Habil Süleymanzadə bildirib ki, 2018-2019-cu illərdə "Sovetski"də evləri sökülən sakinlərə əlavə vəsaitin ayrıldığı məlumatı doğrudur. Amma başçının köməkçisi bildirib ki, bu, əlavə kompensasiya deyil: "Orada 2000-sakin var ki, evi söküldüyü üçün əlavə yardımın ayrılması qərara alınıb. Yardım bir qisminə bu il verilib, digər qisminə isə gələn il veriləcək. Bu əlavə kompensasiya yox, yardımdır. Ayrılan yardımın hər kvadrat metrə görə 500 manatdan hesablanması barədə məlumat bir qədər yanlışdır. Vəsait sakinlərin hesabına Maliyyə Nazirliyi tərəfindən xüsusi düsturla hesablanaraq keçirilir".

Xəbər lenti
0