CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Azərbaycanlı əkiz bacılar Moskva toylarının sevimlisinə çevriliblər

© Instagram / sevinc_sevilAzərbaycanlı əkiz müğənnilər Sevil və Sevinc bacıları
Azərbaycanlı əkiz müğənnilər Sevil və Sevinc bacıları - Sputnik Azərbaycan
Abunə olmaq
Azərbaycanlı müğənnilər Sevil və Sevinc Səfərova bacılarının yeni mahnısı Rusiyada yaşayan azərbaycanlılarla yanaşı başqa millətdən olanların da xoşuna gəlib

BAKI, 9 dekabr — Sputnik. Azərbaycanlı müğənnilər Sevil və Sevinc Səfərova bacıları "Can Yarim" adlı yeni mahnıları ilə Rusiyada yaşayan azərbaycanlılar arasında şöhrət qazanmağa başlayıblar. İndi onlar Moskvadakı toylarda oxumağa dəvət edilirlər.

Sputnik Azərbaycan-ın məlumatına görə, müğənnilər bu barədə "Instagram"-dakı səhifələrində paylaşıblar. Onlar Moskvadakı çıxışlarının çarxlarını da sosial şəbəkədə davamlı olaraq bölüşürlər. Sözügedən kompozisiya qısa zamanda təkcə Azərbaycanda deyil, Rusiyadakı azərbaycanlılar arasında da populyarlıq qazanıb. Mahnının klipinə artıq "YouTube"-da 3 milyondan çox adam baxıb.

Посмотреть эту публикацию в Instagram

Публикация от Sevil Sevinc (@sevinc_sevil)

"Mahnılarımızın hitə çevrilməsi həmişə xoşumuza gəlir. Biz zəhmət çəkirik və öz zəhmətimizin bəhrəsini də görürük. Bizə Rusiyadan çox sayda müsbət rəylər gəlir. Bu mahnını böyük məmnuniyyətlə Moskvadakı toylarda oxuyuruq. Bu, bir daha göstərir ki, musiqi yeganə ümumdünya dilidir", - Səfərova bacıları öz sosial şəbəkə hesablarında yazıblar.

Sevil və Sevinc Səfərovalar uşaqlıqdan mahnı oxuyurlar. Onlar müğənniliklə yanaşı, yerli telekanallardan birində veriliş də aparırlar. Qonaqları adətən məşhurlar olur və onlar verilişdə öz yaradıcılıqları barədə danışırlar. Hazırda bacılar yeni mahnılarını yazdırmaq üzərində çalışırlar və yeni kliplərini təqdim etməyi planlaşdırırlar.

Xəbər lenti
0