CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Bakıda arzuolunmaz xeyirxah peyda olub - xəstəlik yaymağından özünün də xəbəri yox - FOTO

© Sputnik / Irade JELILBinəqədidə zibillər yandırılır
Binəqədidə zibillər yandırılır - Sputnik Azərbaycan
Abunə olmaq
"Bunu yaxınlıqda yaşayanlar etmirlər. Çünki heç kim tüstü ilə nəfəs almaq istəməz. Amma kimsə yandırır"

İradə Cəlilova,Sputnik Azərbaycan

BAKI, 8 dekabr — Sputnik. Binəqədi rayonunun eyni adlı qəsəbəsində məişət tullantıları qalaqlanır, yandırılır. Binəqədi gölü adlanan ərazidə yayda gölün və zibilliyin üfunət qoxusu, ağcaqanadlar, qışda isə yandırılan zibillərin iyi və tüstüsü ətrafda yaşayan sakinlərin kabusuna çevrilib. Bu azmış kimi ərazidən metal əritmək üçün də istifadə edilir.

Binəqədi sakini Əli Abdullayev Sputnik Azərbaycan-a bildirib ki, ərazi uzun illərdir ki, zibilliyə çevrilib. Demək olar ki, bütün kəndin tullantıları buraya atılır: "Ara-sıra isə zibillər yandırılır. Tüstü evlərə dolur. Bunu yaxınlıqda yaşayanlar etmirlər. Çünki heç kim tüstü ilə nəfəs almaq istəməz. Amma kimsə yandırır".

© Sputnik / Irade JELILBütün kəndin tullantıları buraya atılır
Bakıda arzuolunmaz xeyirxah peyda olub - xəstəlik yaymağından özünün də xəbəri yox - FOTO - Sputnik Azərbaycan
Bütün kəndin tullantıları buraya atılır

Elə ərazidə olduğumuz zaman da zibillərin yandırılmasına şahid olduq.

Mütəxəssislərə görə, zibil tullantılarının yandırılması ətraf mühit və insan sağlamlığı üçün potensial təhlükə mənbəyidir. Belə ki, zibil tullantıları mənşəyindən asılı olaraq, yandırılarkən müxtəlif zəhərli qazlar atmosferə atılır.

Ekoloq Vaqif Əliyev Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, tullantılar yandırılan zaman daha zəhərli tullantılara çevrilərək havaya, suya və torpağa, oradan da qida zənciriylə insana və digər canlılara ötürülür. Bu tullantılar insan bədəninə daxil olduğu zaman ömür boyu orqanizmdən xaric olunmur. Bədəndə yığılan bu zəhərlər xərçəng, ağciyər problemləri və s. bu kimi ağır xəstəliklərə səbəb olur:

"Məişət tullantılarının yandırılması bütün dünyanın problemidir. Bu məsələni araşdıran ABŞ alimlərinin fikrincə, zibillərin yandırılması həll deyil, sonun başlanğıcıdır. Bu maddələr toksik-genetik və döl pozuntularına səbəb olur".

Onun sözlərinə görə, əvvəlcə bərk, qatı və ya axıcı şəklində olan tullantı yandırıldığı zaman karbon 4 oksidlə birlikdə çox çirkləndirici və ağır metalın qaz halında ətrafa yayılmasına səbəb olur.

© Sputnik / Irade JELILZibil tullantılarının yandırılması ətraf mühit və insan sağlamlığı üçün potensial təhlükə mənbəyidir
Bakıda arzuolunmaz xeyirxah peyda olub - xəstəlik yaymağından özünün də xəbəri yox - FOTO - Sputnik Azərbaycan
Zibil tullantılarının yandırılması ətraf mühit və insan sağlamlığı üçün potensial təhlükə mənbəyidir

Vaqif Əliyev qeyd edir ki, ətraf mühit çirkliliyinin başlıca səbəbi olan havadakı civənin 29 faizi, manqanın 21, antimonun 19, qalayın 15 və seleniumun 11 faizi zibil tullantılarının yandırılması zamanı əmələ gəlir.

Həkim-terapevt Məlahət Abbasovanın sözlərinə görə, zibillərin çox olduğu və çox yandırıldığı ərazilərdə insanlar ruhi və nevroloji xəstəliklər, davranış pozuntularından əziyyət çəkir, yeni doğulan uşaqlarda şikəstliklər və bəzi orqanların inkişafdan qalması kimi problemlər müşahidə olunur.

© Sputnik / Irade JELILZibilləri yandıran şəxs
Bakıda arzuolunmaz xeyirxah peyda olub - xəstəlik yaymağından özünün də xəbəri yox - FOTO - Sputnik Azərbaycan
Zibilləri yandıran şəxs

Xatırladaq ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin müvafiq qurumları mütəmadi olaraq ərazilərdə monitorinqlər keçirir. Problemlərin aradan qaldırılması üçün tədbirlər görür.

Qeyd edək ki, sənaye və məişət tullantılarının qalaqlanması və yandırılması zamanı ətraf mühitin mühafizəsi tələblərinə əməl edilmədiyi təqdirdə İnzibati Xətalar Məcəlləsinin 271-ci maddəsi ilə (sənaye və məişət tullantılarının qalaqlanması və yandırılması zamanı ətraf mühitin mühafizəsi tələblərinə əməl edilməməsi) ilə protokol tərtib edilir.

Xəbər lenti
0