13:43 20 Yanvar 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
CƏMİYYƏT
Qısa URL
2910

Beş gün davam edəcək səfər çərçivəsində Buxara vilayətinin nümayəndə heyəti Lerik, Astara və Masallı rayonlarında da qonaq olacaq

Rahim Muradov, Sputnik Azərbaycan

BAKI, 7 dekabr — Sputnik. Ötən gündən başlayaraq Özbəkistan Respublikasının Buxara vilayətinin nümayəndə heyətinin Lənkərana dostluq səfəri başlayıb. Səfər zamanı özbəkistanlı qonaqların iştirakı ilə Lənkəran şəhərində bir sıra mədəni-kütləvi tədbirlər, o cümlədən Lənkəran Şəhər Mədəniyyət Mərkəzində “Özbəkistan Mədəniyyəti Günü”nün açılışı baş tutub.

Sputnik Azərbaycan bildirir ki, mərasimdə qonaqları salamlayan Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaroşov Azərbaycan və özbək xalqlarının dostluq və qardaşlıq əlaqələrindən söz açıb.

Özbəkistan-Azərbaycan Dostluq Cəmiyyətinin icraçı direktoru, professor Erkin Nuriddinov dostluq səfərindən məmnunluğunu ifadə edib.

  • Özbəkistan Respublikasının Buxara vilayətinin nümayəndə heyətinin Lənkərana dostluq səfəri başlayıb
    © Sputnik / Rahim Zakiroghlu
  • Özbəkistan Respublikasının Buxara vilayətinin nümayəndə heyətinin Lənkərana dostluq səfəri başlayıb
    © Sputnik / Rahim Zakiroghlu
  • Özbəkistan Respublikasının Buxara vilayətinin nümayəndə heyətinin Lənkərana dostluq səfəri başlayıb
    © Sputnik / Rahim Zakiroghlu
1 / 3
© Sputnik / Rahim Zakiroghlu
Özbəkistan Respublikasının Buxara vilayətinin nümayəndə heyətinin Lənkərana dostluq səfəri başlayıb

Daha sonra Buxara vilayəti Dövlət Filarmoniyasının musiqi və rəqs kollektivi özbək mədəniyyəti və musiqisinə aid maraqlı nömrələrlə Lənkəran sakinlərinin qarşısında çıxış edib. Özbək sənət ustalarının çıxışları axşam saatlarına kimi davam edib.

Qeyd edək ki, beş gün davam edəcək səfər çərçivəsində Buxara vilayətinin nümayəndə heyəti həmçinin Lerik, Astara və Masallı rayonlarında da qonaq olacaq.

Əsas mövzular