BAKI, 6 dekabr — Sputnik. Azərbaycanda nəqliyyat vasitələri ilə ölkə sərhədindən çıxan zaman hüquqi və fiziki şəxslər üçün sərhəd-keçid məntəqələrində elektron növbə sisteminin tətbiqinə başlanılıb.
Sputnik Azərbaycan-ın xəbərinə görə, bu barədə jurnalistlərə açıqlamasında Dövlət Gömrük Komitəsinin sədri Səfər Mehdiyev deyib. O növbəti ildə bu istiqamətdə davam etdiriləcək işlər haqda da məlumat verib.
S.Mehdiyev qeyd edib ki, artıq gələn ildə bu sistem TIR, avtobus və digər nəqliyyat vasitələrində də tətbiq olunacaq.