CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Bir gündə 650 min ağac: Şamaxıdan start verildi

© Photo : www.baku2017.comBakı 2017 Könüllülərinin iştirakı ilə ağacəkmə aksiyası keçirilib
Bakı 2017 Könüllülərinin iştirakı ilə ağacəkmə aksiyası keçirilib - Sputnik Azərbaycan
Abunə olmaq
Azərbaycanın ədəbi və mədəni irsinin tanıdılması məqsədi daşıyan ağacəkmə kampaniyasında ictimai xadimlər, diplomatik korpusun və beynəlxalq təşkilatların təmsilçiləri, dövlət və özəl qurumların əməkdaşları iştirak edirlər

BAKI, 6 dekabr — Sputnik. Bu gün Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın təşəbbüsü ilə mütəfəkkir şair İmadəddin Nəsiminin 650 illik yubileyi münasibətilə ölkə üzrə bir gündə 650 min ağac əkilir.

Sputnik Azərbaycan-ın məlumatına görə, Respublikanın bütün regionlarını əhatə edən bu nəcib təşəbbüsə şairin doğulduğu Şamaxı şəhərində start verilib. Böyük şair İmadəddin Nəsiminin dünya əhəmiyyətli poeziyasının beynəlxalq aləmdə təbliği, xatirəsinin əbədiləşdirilməsi, Azərbaycanın ədəbi və mədəni irsinin tanıdılması məqsədi daşıyan ağacəkmə kampaniyasında ictimai xadimlər, diplomatik korpusun və beynəlxalq təşkilatların təmsilçiləri, dövlət və özəl qurumların əməkdaşları iştirak edirlər. Qeyd edək ki, bir gündə 650 min ağacın əkilməsi ölkəmizdə yaşıllıqların daha da artırılmasına, qlobal iqlim dəyişikliyinin təsirlərinin azaldılmasına, həm də karbon qazının udulmasına müsbət təsir göstərəcək. Eyni zamanda, bu aksiya insanları nəcib təşəbbüs ətrafında birləşdirməyə yönələn, ətraf mühitin sağlamlaşdırılması istiqamətində ictimaiyyətin həmrəylik göstərməsinə verilən dəyərli töhfədir.

Xəbər lenti
0