CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Hər yerdə onlara güzəşt edirlər, biz də sözdə guya hörmət edirik, amma işdə...

Abunə olmaq
Büdcələrinin az olması onların hər gün bir neçə dəfə taksi ilə gedib, gəlmək imkanlarını da məhdudlaşdırır.

Nigar İsgəndərova, Sputnik Azərbaycan

BAKI, 5 dekabr — Sputnik. Bu gün dünyanın bir çox ölkələrində fiziki məhdudiyyəti olan şəxslərin rahat dolaşmasını təmin etmək üçün xüsusi kartlar istifadə olunmaqdadır. Həmin kartlar əngəlli şəxslərin şəxsiyyət kartı adlanır. Bu kartlara sahib olan məhdudiyyətli şəxslər üçün nəqliyyatdan istifadə tamamilə pulsuzdur, iaşə obyektlərinin təklif etdiyi xidmətlərə görə ödənişin yarısı edilir, alış-veriş mərkəzlərində də müəyyən güzəştlər nəzərdə tutulur. Həmin ölkələr tərəfindən belə bir addımın atılmasında məqsəd isə bu şəxslərin sosiallaşmasına yardım etmək, onları cəmiyyətə inteqrasiya etmək, söz sahibinə çevirmək və nəticə etibarı ilə cəmiyyətdə özlərinə yer tapdıqdan sonra yarada biləcəkləri məhsuldardan yararlanmaqdır. Son nəticə bu şəxslərin cəmiyyətdə əsas işçi qruplarından birinə çevrilməsi olur.

Протезы, фото из архива - Sputnik Azərbaycan
CƏMİYYƏT
Azərbaycanda əlilliyi olan şəxslərin sayı açıqlandı

Bu təcrübədən yararlanan ölkələrdən biri kimi qonşu Türkiyəni də buna misal olaraq çəkə bilərik. Bəzi ictimai nəqliyyat növləri söügedən şəxslər üçün tamamilə pulsuzdur. Hətta konsert və teatrlara giriş bu şəxslər üçün havayıdır. Bundan başqa parklanma xidmətinə, texnoloji malların alınmasına görə də bəlli məbləğdə endirim nəzərdə tutulur. Bu şəxslər üçün mobil rabitə operatorlarının da xüsusi endirimli paketləri mövcuddur. Türkiyədə belə şəxslər bir çox vergilərdən də azaddır.

Bu gün bir çox ölkələr tərəfindən belə şəxslərə xüsusi kartların verilməsində əsas hədəflərdən biri məhz onları ev dustaqlığından azad etmək və özlərini işçi qrupuna çevirərək ayaqları üstə dayanıb pul qazanmağa təşviq etməkdir, desək yanılmarıq. Biz də dəfələrlə belə şəxslərlə həmsöhbət olduqda onların cəmiyyətdən qaçdığının, təklənə bilməkdən, yaxud da ələ salınmaqdan qorxduğunun şahidi oluruq. 

Maraqlıdır, Azərbaycanda necə, belə bir təcrübəni reallaşdırmaq mümkündürmü?

Sputnik Azərbaycan professor, ADA Universitetinin müəllimi, hüquqşünas Elnur Eyvazovla bu haqda danışıb.

© Sputnik / Nigar IskanderovaADA Universitetinin müəllimi, hüquqşünas Elnur Eyvazov
Hər yerdə onlara güzəşt edirlər, biz də sözdə guya hörmət edirik, amma işdə... - Sputnik Azərbaycan
ADA Universitetinin müəllimi, hüquqşünas Elnur Eyvazov

“Bir çox Avropa ölkələrində belə bir təcrübə olsa da, təəssüflər olsun ki, Azərbaycanda belə bir güzəşt yoxdur. Bu cür şəxslər üçün müəyyən güzəştlərin olmasını təklif etmişəm. Çünki bu cür şəxslərin əksəriyyəti məhz bu problemlərə görə vaxtında təhsil ala bilməyib, hazırda isə iş tapa bilmirlər. İşə gedib gəlmək üçün onların kifayət qədər büdcələri yoxdur, çünki onların əksəriyyəti işlərinin müqabilində yüksək və orta məbləğdə maaş ala bilmirlər. Büdcələrin az olması onların hər gün bir neçə dəfə taksi ilə gedib, gəlmək imkanlarını da məhdudlaşdırır. Bu səbəbdən ictimai nəqliyyat onlar üçün əlçatan hesab edilmir. Bu istiqamətdə olan problemləri, yəni onların rahat gediş-gəlişini təmin etmək üçün belə kartların verilməsinə ehtiyac var” - professor bildirib.

E.Eyvazovun sözlərinə görə, bəzi ölkələrdə bu cür şəxslər üçün xüsusi avtobuslar istismardadır.

“Bəzi şirkətlər korporativ sosial məsuliyyəti nəzərə alaraq xidmətlərində bu cür şəxslərə müəyyən güzəştlər təklif edə bilərlər. Bundan başqa, onların sahibkarlıq fəaliyyətləri ilə rahat məşğul olmaları üçün də mövcud problemləri aradan qaldırmaq lazımdır”, - deyə həmsöhbətimiz əlavə edib,

Xəbər lenti
0