CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Tərtərin ətrafını təmizlədilər - FOTO

© Sputnik / Musa MuradliBərdədə ekoloji aksiya keçirilib
Bərdədə ekoloji aksiya keçirilib - Sputnik Azərbaycan
Abunə olmaq
Aksiya Regional İnkişaf İctimai  Birliyi, Gənclərin Karyera İnkişaf Mərkəzi, Bərdə regional  "ASAN xidmət" mərkəzinin könüllüləri  və 9 saylı regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin birgə təşkilatçılığı ilə baş tutub

Musa Muradlı, Sputnik Azərbaycan

BAKI, 4 dekabr — Sputnik. Regional İnkişaf İctimai Birliyi, Gənclərin Karyera İnkişaf Mərkəzi,  Bərdə regional “ASAN xidmət” mərkəzinin könüllüləri, o cümlədən 9 saylı regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin, Bərdə rayon Təhsil Şöbəsinin, Bərdə rayon İcra Hakimiyyətinin şəhər üzrə nümayəndəliyinin birgə iştirakı ilə Bərdədə dekabrın 4-də ekoloji aksiya təşkil olunub.

""Təbiətimizi qoruyaq" devizi altında aksiyalar bütün ölkə ərazisində keçirilir. Bu gün Bərdə, Gəncə, İsmayıllı rayonlarında təmizlik aksiyaları təşkil olunub. Digər rayonlarda isə ağacəkmə kampaniyaları aparılır. Bugünkü aksiyamızın məqsədi Bərdə şəhərindən keçən Tərtər çayının yatağını plastik, polietilen, digər məişət tullantılarından təmizləməkdir", - deyə 9 saylı regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin sektor müdiri İsrafil Paşayev Sputnik Azərbaycan-a bildirib.

© Sputnik / Musa Muradli
Bərdədə ekoloji aksiya keçirilib - Sputnik Azərbaycan
1/3
© Sputnik / Musa Muradli
Bərdədə ekoloji aksiya keçirilib - Sputnik Azərbaycan
2/3
© Sputnik / Musa Muradli
Bərdədə ekoloji aksiya keçirilib - Sputnik Azərbaycan
3/3
1/3
2/3
3/3

Aksiyanın tərbiyəvi əhəmiyyətini qeyd edən İsrafil Paşayev bildirib ki, belə tədbirlər vasitəsilə ictimaiyyətin diqqətini ekoloji problemə yönəltmək mümkündür. Burada iştirak edən gənclər zibilin toplanmasının çətinliyini görəndən sonra tullantıları haraya gəldi yox, onun üçün ayrılmış zibil qutularına atacaqlar. Bununla da cəmiyyətdə məişət tullantılarının idarəolunmasında məsuliyyət hissi formalaşacaq.

İ.Paşayevin bildirdiyinə görə, ekoloji aksiyada 500-ə qədər yeniyetmə və gənc iştirak edir.

Sonda onu da qeyd edək ki, ekoloji aksiya zamanı Tərtər çayı boyunca 5 km-ə qədər olan sahilətrafı ərazi məişət tullantılarından təmizlənib.

Xəbər lenti
0