CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Dövlət qulluğuna qəbul imtahanının vaxtı dəyişdirildi

© Photo : State Examination Center of the Republic of AzerbaijanTest imtahanı, arxiv şəkli
Test imtahanı, arxiv şəkli - Sputnik Azərbaycan
Abunə olmaq
Yanvarda keçirilməsi nəzərdə tutulan müsahibə dekabrda baş tutacaq. Namizədlər müsahibələrin qrafiki ilə DİM-in saytından tanış ola bilərlər

BAKI, 4 dekabr — Sputnik. Dövlət qulluğu vəzifələrinin tutulması məqsədi ilə keçirilməli olan imtahanın vaxtı dəyişdirilib.

Bu barədə Sputnik Azərbaycan-a Dövlət İmtahan Mərkəzindən məlumat verilib. Bildirilir ki, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin "İş və istirahət günlərinin yerinin dəyişdirilməsi haqqında" 2019-cu il 2 dekabr tarixli 461 nömrəli qərarına əsasən, iş və istirahət günlərinin ardıcıl olmasını təmin etmək məqsədilə 2019-cu ilin 28 və 29 dekabr istirahət günləri ilə 2020-ci ilin 3 və 6 yanvar iş günlərinin yerləri dəyişdirilib.

Bununla əlaqədar olaraq dövlət qulluğu vəzifələrinin tutulması məqsədi ilə 2020-ci il yanvarın 6-da keçirilən müsahibələrdə iştirakı nəzərdə tutulan namizədlərin müsahibələri 2019-cu il dekabrın 28-də keçiriləcək.

Namizədlər müsahibələrin qrafiki ilə DİM-in saytından tanış ola bilərlər.

Xəbər lenti
0