CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Fiziki məhdudiyyətli deyərək özünü evə dustaq edənlər, cəmiyyətin sizə ehtiyacı var

© pixabay / klimkinМужчина в инвалидной коляске, фото из архива
Мужчина в инвалидной коляске, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin məlumatına görə, ölkəmizdə 600 mindən çox əlilliyi olan şəxs var.

Nigar İsgəndərova, Sputnik Azərbaycan

BAKI, 3 dekabr — Sputnik. Bu gün Ümumdünya Beynəlxalq Əlillər Günüdür. 1992-ci ildən etibarən BMT-nin qərarı ilə 3 dekabr Beynəlxalq Əlillər Günü kimi qeyd olunur. Təsadüfi deyil ki, hələ 2008-ci ildə Azərbaycan BMT-nin "Əlilliyi olan şəxslərin hüquqları haqqında" Konvensiyasına ilk qoşulan ölkələrdən biri olub.

Протезы, фото из архива - Sputnik Azərbaycan
CƏMİYYƏT
Azərbaycanda əlilliyi olan şəxslərin sayı açıqlandı

Sputnik Azərbaycan hazırda ölkəmizdə belə şəxslərlə bağlı vəziyyətin nə yerdə olduğunu araşdırmağa çalışıb.

Öncə rəqəmlərə nəzər salaraq onu qeyd edə bilərik ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin məlumatına görə, ölkəmizdə 600 mindən çox əlilliyi olan şəxs var və onlar tərəfindən əlilliyə görə əmək pensiyası və ya pensiya hüququ olmadıqda aylıq sosial müavinətlə təmin olunurlar.

I dərəcə əlilliyi olanlara və sağlamlıq imkanları məhdud uşaqlara qulluq edənlər üçün Prezidentin aylıq təqaüdü təsis edilib. Əmək pensiyasının minimum məbləği də cari ildə 72,4 faiz artırılaraq 116 manatdan 200 manata çatdırılıb və bu artımın tətbiq edildiyi pensiyaçıların bir hissəsi də məhz əlilliyi olan şəxslərdir.

Nazirliyin reabilitasiya müəssisələrində cari ilin 10 ayı ərzində 7241 nəfər əlilliyi olan şəxsə stasionar, 1867 nəfər əlilliyi olan şəxsə və sağlamlıq imkanları məhdud uşağa ambulator qaydada reabilitasiya xidmətləri göstərilib. Bu müddətdə nazirliyin Protez-ortopedik Bərpa Mərkəzi tərəfindən bu kateqoriyadan olan 7463 nəfər 25023 reabilitasiya vasitəsi, o cümlədən 1145 əlil arabası ilə təmin edilib.

Человек с ограниченными возможностями, фото из архива - Sputnik Azərbaycan
CƏMİYYƏT
Əlillərin işi asanlaşdı-Daha müavinəti...

Hazırda Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin sosial xidmət müəssisələrində 1300 nəfər daimi dövlət təminatında yaşayır ki, onlardan 1200-ə yaxını məhz əlilliyi olan şəxslər və sağlamlıq imkanları məhdud uşaqlardır.

Bu gün bir çox ölkələrdə olduğu kimi Azərbaycanda əsas şüar məhz bu cür şəxslərin cəmiyyət üçün yararsız olmadığı fikrini aşılamaq, onların sosial mühitə inteqrasiyasını təmin etməkdir.

Fiziki məhdudiyyət cəmiyyətdən təcrid olunma deyil, düşüncəsini özü üçün şüara çevirənlər də var. Onlardan biri həmsöhbətimiz, iki övlad atası Rizvan Mehdiyevdir. Serebral iflicdən əziyyət çəkən Rizvan Mehdiyev bir neçə işdə işləməklə ailəsini dolandırır. Boş vaxtlarında quşlar üçün yuvalar hazırlayaraq satan həmsöhbətimiz problemlərdən danışır: "Biz əlillər narahatlığımızı bildirməsək, sağlam insanlar bizi başa düşə bilməzlər. Başlıca olaraq deyim ki, ən böyük sıxıntılarımızdan biri yol infrastrukturu ilə bağlıdır. Bu səbəbdən də fiziki qüsurlu şəxslərin avtomobil idarəsi zamanı bəzi sıxıntılar üzə çıxır".

"İnkişaf etmiş ölkələrdə elə yollar var ki, orada qoyulan nişanlar hərəkət üçün fiziki baxımdan sağlam olan sürücüyə icazə vermir, lakin fiziki məhdudiyyəti olan şəxslərə icazə verir. Buna bənzər bir neçə misalı da çəkmək olar. Düşünürəm ki, bizdə də buna əməl olunsa, özəl olardı", - deyə həmsöhbətimiz əlavə edib.

Ключи от квартир многоэтажного жилого дома, фото из архива - Sputnik Azərbaycan
CƏMİYYƏT
Daha 50 mənzil şəhid ailələrinə və əlillərə verildi

Onu da qeyd edək ki, 2018-ci ildə 1000 nəfərdən çox əlilliyi olan şəxs özünüməşğulluq proqramına cəlb olunub. 2019-cu ildə də bu sahədə işlər aparılır, ilin əvvəlindən bəri proqrama cəlb edilən əlilliyi oan şəxslərin sayı artıq 2 mini ötüb və hazırda da işsiz və iş axtaran şəxslərin proqrama cəlb edilməsi işləri davam edir. Bundan başqa, 2019-cu ilin 11 ayında ƏƏSMN-i yanında Dövlət Məşğulluq Xidməti orqanları vasitəsilə 2200-dən çox əlilliyi olan şəxsin məşğulluğu təmin edilib. "İşsizin DOSTu" proqramı çərçivəsində bu il 40 minədək şəxs işlə təmin edilib və proqrama cəlb edilmək üçün müraciət edənlər arasında üstünlük verilən həssas qruplardan biri də əliliyi olan şəxslərdir.

Nazirliyin 1 saylı Sağlamlıq İmkanları Məhdud Gənclərin Peşə Reabilitasiya Mərkəzi tərəfindən bu ilin 11 ayında ümumilikdə 251 nəfər əlilliyi olan şəxs peşə hazırlığına cəlb edilib.

Bu cür şəxsləri nümunə göstərərək əslində bu günün həm də Beynəlxalq Əngəlsizlər Günü kimi qeyd olunmasının vacibliyini vurğulamaq olar. Amma bununla belə etiraf edək ki, bəzi problemlər bu cür şəxslərin kiminsə köməkliyi olmadan sərbəst dolaşmasına mane olur.

Lakin etiraf edək ki, buna mane olan səbəblər heç də az deyil. Məsələn bu gün əksər restoranlarda, hotellərdə bu cür şəxslərin rahat hərəkəti üçün heç nə nəzərdə tutulmayıb.

Президент, председатель правления ПАО Сбербанк России Герман Греф - Sputnik Azərbaycan
Baş bankir imtahanlara qarşı çıxdı: şagirdləri "əlil" edir

Brend hotellər bu nüanslara diqqət yetirsə də, digər əksər restoranlar fiziki məhdudiyyəti olan şəxslərlə bağlı tələbləri gözləmir. Bu barədə Sputnik Azərnbaycan-a danışan Azərbaycan Otellər və Restoranlar Assosiasiyasının idarə heyətinin sədri Samir Dübəndi digər mövcud problemlərdən də söz açıb: "Bundan başqa, görmə məhdudiyyəti olan şəxslər üçün restoranlarda xüsusi menyu siyahısı hazırlanmalıdır. Bu da onların kiməsə ehtiyacı olmadan sərbəst özün ifadələrinə şərait yaradır".

"Hotellərdə fiziki məhdudiyyətliləri müşayiət edən şəxslər olmalı, burada və restoranlarda pilləkənlər belə şəxslərin rahat hərəkəti üçün uyğun vəziyyətdə olmalıdır. Lakin təəssüflər olsun ki, biz onlardan bu tələblərə riayət etmələrini istədikdə onlar, qoyun işimizlə məşğul olaq, deyirlər. Çünki bunun üçün onlar əlavə xərcləri qarşılamaq məcburiyyətində qalacaqlar. Düşünürəm ki, bu cür məsələlər qanunvericiliklə tənzimlənsə, yəni binalar inşa olunduqda, belə şəxslərin rahatlığının təmin olunması üçün tələblər nəzərdə tutulsa, o zaman müəyyən müsbət nəticələr əldə etmək olar".

Bundan başqa, eşitmə məhdudiyyəti olan şəxslərin yox sayılması, onların əngəllərini aradan qaldırmaq üçün işarət dili tədris edən müəllimlərin sayı artırılmalı, bu dili öyrənmək üçün yeni kurslar açılmalıdır. Ən əsası isə yaşayış binaları, onların daxili, evlər, ayaqyolular, liftlər bu cür şəxslərə uyğun olmalı, qarşılarındakı maneələr aradan qaldırılmalıdır. Küçələr təkərli arabalar, əlillər üçün nəzərdə tutulan qoltuq ağacları ilə hərəkət üçün uyğun bir vəziyyətə gətirilməlidir, görmə məhdudiyyətli şəxslər üçün nəzərdə tutulan sarı cizgilərin sayı artırılmalıdır.

Əlil arabası, arxiv şəkli - Sputnik Azərbaycan
CƏMİYYƏT
Əlilliyi olan şəxslərlə bağlı standartlar təsdiqləndi – Şərtlər saymaqla bitməyəcək

Xatırladaq ki, Azərbaycanda Qarabağ müharibəsi əlilləri və şəhid ailələrinin mənzil və avtomobillə təminatı həyata keçirilir. Qeyd edək ki, 2018-ci ildə Qarabağ müharibəsi əlilləri və şəhid ailələrinin mənzillə təminatı nəzərdə tutulduğundan 3 dəfə çox olmaqla 626 mənzil təqdim edilibsə, cari ildə həmin kateqoriyadan olan vətəndaşlara 934 mənzil verilməsi nəzərdə tutulub ki, onlardan artıq 511 mənzil və fərdi ev verilib. Qalan mənzil və fərdi evlər də cari ilin sonuna qədər veriləcək. Ümumilikdə indiyədək nazirlik tərəfindən şəhid ailələrinə və müharibə əlillərinə 7165 mənzil və fərdi ev təqdim edilib. Həmin kateqoriyadan olan vətəndaşlara 2018-ci ildə 265 avtomobil verilibsə, bu il nəzərdə tutulduğundan 3,2 dəfə çox olmaqla 600-ə yaxın avtomobil verilməsi planlaşdırılıb ki, onlardan artıq 427 avtomobil təqdim edilib. Bununla indiyədək qeyd olunan vətəndaşlara 6400-dək minik avtomobili verilib. Əlillik qüsur deyil, bu cəmiyyətdən təcrid olunmaq da deyil. Göründüyü kimi işlə təmin olunanların bir hissəsini də əlilliyi olan şəxslər təşkil edib.

İşlə təmin olunan, öz biznesini quran şəxslər arasında fiziki məhdudiyyəti olan şəxslərin olması isə bir daha onu sübut edir ki, əlillik qüsur deyil. Bunun üçün cəmiyyətdən təcrid olunmaq, özünü evə dustaq etmək, bir növ məhbus həyatı yaşamaq əvəzinə, əksinə aktivlik nümayiş etdirərək həm də problemləri dilə gətirmək lazımdır.

Fiziki məhdudiyyətli deyərək özünü evə dustaq edənlər, cəmiyyətin sizə ehtiyacı var!

Xəbər lenti
0