15:04 10 Dekabr 2019
Canlı yayım
  • USD1.7000
  • RUB0.0268
  • EUR1.8813
Gənc qız Bakıkart terminalında kartına pul yükləyir

"Bakıkart"a gediş haqqı yükləmək mümkün deyil - Qurum da eyni sözü deyir, amma...

© Sputnik / Anar Mustafayev
CƏMİYYƏT
Qısa URL
806 0 0

“Artıq kart sisteminə keçid yekunlaşmaq üzrədir. Bunun üçün avtobuslarda olan müəyyən texniki məsələlər də həllini tapacaq" - Mais Ağayev

Nigar İsgəndərova, Sputnik Azərbaycan

BAKI, 2 dekabr — Sputnik. Paytaxtın bir neçə ərazisində ictimai nəqliyyata kart yükləmə üçün nəzərdə tutulan aparatlar işləmir. Metronun "Elmlər Akademiyası" stansiyası, İncəsənət Universiteti və Mətbuat prospektində olan bir neçə ünvanı da buna misal göstərmək olar.

Məsələ ilə bağlı Sputnik Azərbaycan Bakı Nəqliyyat Agentliyinin mövqeyini öyrənib. Agentliyin mətbuat katibi Mais Ağayev Sputnik Azərbaycan-a açıqlamasında bu problemin onlardan qaynaqlanmadığını bildirib: "Bu barədə Milli-Ön məlumat verməlidir. Onları da narahat edib soruşmaq lazımdır ki, bu aparatlar niyə işləmir. Biz hansı ərazilərdə bu aparatların işləməməsi ilə bağlı məlumat verdikdən sonra bu problem qeyd olunan ünvanlarda aradan qalxır".

Bu vəziyyətdən çıxış yolu kimi isə Bakı Nəqliyyat Agentliyi onlayn ödəmə sisteminə keçidi təmin etməyi düşünür: “Artıq kart sisteminə keçid yekunlaşmaq üzrədir. Bunun üçün avtobuslarda olan müəyyən texniki məsələlər də həllini tapacaq. Biz bir kart sisteminə keçidi tamamilə təmin etdikdən sonra onlayn ödəmə sistemini təqdim edəcəyik. Çünki onlayn ödəmə sistemi ən optimal variantdır”.

M.Ağayevin sözlərinə görə, bütün marşrut xətləri üzrə kart sisteminə keçid ilin sonunadək baş tutacaq.

Milli-Öndən isə problemlə əlaqədar olaraq Sputnik Azərbaycan-a bildirilib ki, hər gün terminallara baxış keçirilir. Hansısa bir ərazidə terminalın uzun müddət işləməməsi mümkünsüzdür.

Yuxarıda sadaladığmız ərazilərə isə onlar tərəfindən bir daha baxış keçiriləcəyi vurğulanıb.

Əsas mövzular