14:53 10 Dekabr 2019
Canlı yayım
  • USD1.7000
  • RUB0.0268
  • EUR1.8813
Tikinti işləri, arxiv şəkli

Evlər yeni qayda ilə satılsın, həm alan qazansın, həm də dövlət - TƏKLİF

© Sputnik / Vitaly Timkiv
CƏMİYYƏT
Qısa URL
685 0 0

Elnur Fərzəliyev: Çox vaxt dəymiş zərərlərin ödənilməsi ücün kecmiş MTK sahibinin əmlakı müsadirə olunur, özü həbs edilir, ancaq əksər hallarda bu vəsaitlər zərər çəkmiş vətəndaşlara ödənilmir.

İradə Cəlilova, Sputnik Azərbaycan

BAKI, 2 dekabr — Sputnik. 2018-ci il iyun ayından müqaviləli mənzillərin alqı-satqı prosesinin notarial qaydada aparılması təklifi təsdiq olunsa da, bu təklifə cəmi bir necə tikinti şirkəti əməl edir, digərləri isə fəaliyyətlərini köhnə qaydada davam etdirirlər. Bu sözləri Sputnik Azərbaycan-a əmlak məsələləri üzrə ekspert Elnur Fərzəliyev yeni yaşayış binalarında mənzil əldə etmiş vətəndaşların pozulan əmlak hüquqlarını şərh edərkən deyib.

Qeyd edək ki, 2016-cı ildə Nazirlər Kabinetinin məlum 86 saylı qərarından sonra paytaxtda sözün əsl mənasında tikinti bumu başladı.

Proses çərçivəsində istismara yarasız olduğu iddia edilən binalar söküldü və yeniləri ilə əvəz edildi. Bu dövrdə Bakının bütün rayonlarında yeni binalar inşa edilir və sürətli şəkildə satılırdı.

Bəzi tikinti şirkətləri isə vəziyyətdən sui istiadə edərək bir mənzili bir neçə vətəndaşa satır və nəticədə vətəndaşlar zərərçəkmiş durumuna düşürdü. Bu prosesin zərərçəkmişlərinin Azərbaycan məhkəmələrində çox sayda müraciətləri var. Amma vəziyyətə nəzər salanda görmək mümkündür ki, müraciətlərin əksəriyyəti təmin edilməmiş vəziyyətdə qalıb.

Bəs mövcud vəziyyətdən çıxış yolu nədir? İndidən sonra vətəndaşlara bu qəbildən olan zərərin dəyməməsi üçün əmlak bazarında hansı dəyişikliklər edilməlidir?

Əmlak məsələləri üzrə ekspert Elnur Fərzəliyev bildirib ki, belə problemlərin qarşısının alınması üçün yeni tikilən binalardakı mənzillərin müqavilə yolu ilə satışına qadağa qoyulmalıdır.

"Yeni qanun layihəsi hazırlanmalı və ilkin alqı-satqı prosesi belə cıxarışla aparılmalıdır. Bu gün müqavilə yolu ilə mənzil alarkən aldadılmış yüzlərlə zərərcəkmiş var ki, məhkəmələrə müraciətlər ediblər. Lakin illərlə sürünən yüzlərlə məhkəmə işləri var. Məhkəmələr vətəndaşların hüquqlarını təmin etməkdə acizlik nümayiş etdirir, çox sadə səbəblər göstərilməklə kifayətlənirlər" - deyə ekspert vurğulayıb.

Onun sözlərinə görə, çox zaman dəymiş zərərlərin ödənilməsi ücün kecmiş MTK sahibinin əmlakı müsadirə olunur, özü həbs edilir. Ancaq nə qədər acınacaqlı olsa da, əksər hallarda bu vəsaitlər zərər çəkmiş vətəndaşlara ödənilmir.

"Bu sahədə yenilik edilməsə, vətəndaşların əmlak hüquqları təhlükə altına düşməkdə davam edəcək. Əvvəllər də mənzillər müqavilə ilə satılırdı, indi də müqavilə yolu ilə satılır və bu gedişlə bundan sonra da müqavilə yolu ilə satılacaq. Bəzi qanunlar tətbiq olunsa da, yəni 2018-ci il iyun ayından müqaviləli mənzillərin alqı-satqı prosesinin notarial qaydada aparılması təklifi təsdiq olunsa da, bu təklifə cəmi bir necə tikinti şirkəti əməl edir. Digərləri isə fəaliyyətlərini köhnə qaydada davam etdirirlər. Bir binanın inşası zamanı xeyli dövlət qurumu tərəfindən sərəncam və icazələr verilir, tikintiyə başlanılır. Yəni bir bina tikiləndə bütün aydiyyatı dövlət qurumlarının xəbəri olub", - deyə ekspert qeyd edib.

E. Fərzəliyev iddia edir ki, iqtisadi baxımdan bu mənzillərin müqavilə yolu ilə satılması dövlət büdcəsinə daha cox zərər vurur. Dövlət hər mənzilin alqı-satqısı ücün ödəniləcək vergilərdən məhrum olur:

"Bu isə hər il milyonlarla vəsaitin itkisi deməkdir. Əgər hansısa yenilik etmək, yeni qanun layihələri hazırlamaq bu qədər cətindirsə, o zaman xarici ölkələrin artıq sınaqdan cıxmış təcrübəsindən istifadə etmək olar".

Əsas mövzular