CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Əli Hüseynli: "Bu, YAP-ın siyasi mədəniyyətini göstərir"

© Sputnik / Talekh MakhmudovMilli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli
Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli - Sputnik Azərbaycan
Abunə olmaq
YAP-ın parlamentin buraxılması ilə bağlı müraciəti əslində xalqın etimadını yenidən qazanmaq niyyətindən irəli gəlir.

BAKI, 2 dekabr - Sputnik. “2016-cı ildə keçirilən referendum və konstitusiyaya edilən əlavə, dəyişikliklər bu gün nəzərdə tutulan işlər üçün ciddi bir konstitusion baza rolunu oynayır. Konstitusiyanın 98-ci maddəsi parlamentin buraxılması məsələsini həll etmiş olur. Xüsusi vurğulamaq istəyirəm ki, 2018-ci ildə növbədənkənar prezident seçkiləri keçirildi. Ölkə başçısı İlham Əliyev yenidən xalqın mandatını almış oldu. Ölkədə tam müasir və dünya standartlarına cavab verən yeni islahatlar başlandı. Bu islahatlar mərkəzi və icra, məhkəmə hakimiyyətini əhatə etmiş oldu”. Sputnik Azərbaycan xəbər verir ki, bunu Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli deyib.

O bildirib ki, bu illər ərzində parlament də öz fəaliyyətində Prezidentin islahatlarına dəstək verib: “Bununla yanaşı, parlamentin fəaliyyətinin də təkmilləşdirilməsi ilə bağlı cəmiyyətin də düşüncələri var. Bu baxımdan Yeni Azərbaycan Partiyasının parlamentin buraxılması ilə bağlı müraciəti əslində xalqın etimadını yenidən qazanmaq niyyətindən irəli gəlir. Bu, eyni zamanda partiyanın xüsusi siyasi mədəniyyətini göstərir”.

Xəbər lenti
0