CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Əcnəbi vətəndaşı soyan şəxs saxlanılıb

© Sputnik / Murad OrujovНаручники, фото из архива
Наручники, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
Soyğunçuluğu törətməkdə şübhəli bilinən Şamaxı rayon sakini H.Əsgərov və qrupun digər üzvləri – Göyçay, Salyan və Bakı şəhər sakini olan 3 yeniyetmə polis əməkdaşları tərəfindən saxlanılıb.

BAKI, 30 noyabr — Sputnik. Noyabrın 26-da saat 2 radələrində Səbail rayonu ərazisindəki hostellərin birində 4 nəfərin oranın icarədarı olan Pakistan vətəndaşının içərisində 3000 ABŞ dolları olan çantasını açıq talama yolu ilə aparması barədə 9-cu Polis Bölməsinə müraciət daxil olub.

Sputnik Azərbaycan Daxili İşlər Nazirliyinin məlumatına istinadla xəbər verir ki, zərərçəkmiş bildirib ki, onlardan birini saxlamaq istəyərkən həmin şəxs onun əlini dişləyib hadisə yerindən qaçıb.

9-cu Polis Bölməsi əməkdaşlarının keçirdikləri təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində bu cinayət əməlini törədən şəxslər qısa müddətdə müəyyən edilib.

Soyğunçuluğu törətməkdə şübhəli bilinən Şamaxı rayon sakini H.Əsgərov və qrupun digər üzvləri – Göyçay, Salyan və Bakı şəhər sakini olan 3 yeniyetmə polis əməkdaşları tərəfindən saxlanılıb.

Faktla bağlı Səbail Rayon Polis İdarəsində araşdırma aparılır.

Bu şəxsin əməllərindən zərərçəkən başqa vətəndaşlar da varsa bu barədə DİN-in "102" Xidmətinə, həmçinin ərazi üzrə polis idarə, şöbə və ya bölmələrinə müraciət edə bilərlər.

Xəbər lenti
0