CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Məktəblərə yeni dərsliklər paylanılıb

© Sputnik Anton UnitsyinПустые парты в школе, фото из архива
Пустые парты в школе, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
Həmin kitablardan artıq yarısı çap olunaraq AR Təhsil Nazirliyi tərəfindən məktəblərə təqdim olunub.

Zülfiyyə Quluyeva, Sputnik Azərbaycan

BAKI, 29 noyabr — Sputnik. Azərbaycanda məktəbəhazırlığın səmərəli təşkili məqsədilə hazırlıq qrupları və sinifləri üçün təkmilləşdirilmiş vəsaitlərin hazırlanması üzrə işlər aparılır. Bu barədə Sputnik Azərbaycan-a açıqlamasında Təhsil İnstitutunun Məktəbəqədər təhsilin kurikulum şöbəsinin müdiri Laləzar Cəfərova məlumat verib. O bildirib ki, həmin kitablardan artıq yarısı çap olunaraq Təhsil Nazirliyi tərəfindən məktəblərə təqdim olunub.

© © Courtesy of Lalazar JafarovaMəktəbəhazırlıq qrupları və sinifləri üçün təkmilləşdirilmiş vəsaitlər
Məktəblərə yeni dərsliklər paylanılıb - Sputnik Azərbaycan
Məktəbəhazırlıq qrupları və sinifləri üçün təkmilləşdirilmiş vəsaitlər

Qeyd edək ki, məktəbəhazırlıq qruplarının fəaliyyəti təhsildə əhəmiyyətli addımlardan biridir. Nazirlər Kabinetinin 11 iyul 2016-cı il tarixli 271 nömrəli qərarı ilə ümumtəhsil məktəblərində dövlət vəsaiti hesabına 5 yaşlıların məktəbəhazırlıq qruplarında təhsili həyata keçirilməyə başlanılıb. 2019-cu ildə beşyaşlıların 90 faizinin məktəbəhazırlığa cəlb edilməsi üçün dövlət tərəfindən imkan yaradılıb.

Xəbər lenti
0