01:02 22 Yanvar 2021
Canlı yayım
  • USD1.7000
  • RUB0.0232
  • EUR2.0623
CƏMİYYƏT
Qısa URL
79 0 0

Həmin kitablardan artıq yarısı çap olunaraq AR Təhsil Nazirliyi tərəfindən məktəblərə təqdim olunub.

Zülfiyyə Quluyeva, Sputnik Azərbaycan

BAKI, 29 noyabr — Sputnik. Azərbaycanda məktəbəhazırlığın səmərəli təşkili məqsədilə hazırlıq qrupları və sinifləri üçün təkmilləşdirilmiş vəsaitlərin hazırlanması üzrə işlər aparılır. Bu barədə Sputnik Azərbaycan-a açıqlamasında Təhsil İnstitutunun Məktəbəqədər təhsilin kurikulum şöbəsinin müdiri Laləzar Cəfərova məlumat verib. O bildirib ki, həmin kitablardan artıq yarısı çap olunaraq Təhsil Nazirliyi tərəfindən məktəblərə təqdim olunub.

© Courtesy of Lalazar Jafarova
Məktəbəhazırlıq qrupları və sinifləri üçün təkmilləşdirilmiş vəsaitlər

Qeyd edək ki, məktəbəhazırlıq qruplarının fəaliyyəti təhsildə əhəmiyyətli addımlardan biridir. Nazirlər Kabinetinin 11 iyul 2016-cı il tarixli 271 nömrəli qərarı ilə ümumtəhsil məktəblərində dövlət vəsaiti hesabına 5 yaşlıların məktəbəhazırlıq qruplarında təhsili həyata keçirilməyə başlanılıb. 2019-cu ildə beşyaşlıların 90 faizinin məktəbəhazırlığa cəlb edilməsi üçün dövlət tərəfindən imkan yaradılıb.

Əsas mövzular