CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Sabah yollarda sürət enəcək – Xəbəriniz olsun

© Sputnik / Irade JELILАэропортовская трасса в Баку, фото из архива
Аэропортовская трасса в Баку, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
Sürücülərdən AAYDA sözügedən küçə ilə hərəkətdə olarkən diqqətli olmaları, müvəqqəti yol nişanlarına və yol hərəkəti qaydalarına əməl etmələri xahiş olunur

BAKI, 28 noyabr — Sputnik. Nərimanov rayonu Əliyar Əliyev küçəsinin, Ziya Bünyadov prospekti ilə Yusif Vəzir Çəmənzəminli küçəsi arasında yerləşən hissəsində aparılacaq təmir işləri ilə əlaqədar olaraq avtonəqliyyat vasitələrinin hərəkəti noyabrın 29-dan etibarən qismən məhdudlaşdırılacaq.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən (AAYDA) Sputnik Azərbaycan-a verilən məlumata görə, qismən məhdudlaşma təmir işləri bitənədək qüvvədə olacaq.

Bu üzdən sürücülərdən AAYDA sözügedən küçə ilə hərəkətdə olarkən diqqətli olmaları, müvəqqəti yol nişanlarına və yol hərəkəti qaydalarına əməl etmələri xahiş olunur.

Xəbər lenti
0