BAKI, 26 noyabr — Sputnik. Şamaxı, Gəncə, Zaqatala, Mingəçevir, Masallı və Qubada avtobus parklarının yenilənməsinə başlanılıb.
Bu barədə Sputnik Azərbaycan-a Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin İctimaiyyətlə əlaqələr sektorunun müdiri Nuridə Allahyarova məlumat verib.
O, bildirib ki, artıq daşıyıcı şirkətlər həmin şəhər və rayonlarda avtobusların bəzilərini yeniləri ilə əvəz ediblər. N. Allahyarova qeyd edib ki, respublika üzrə istismar müddəti 10 ildən yuxarı olan avtobusların statistikası 77 faizdən yuxarı idisə, hazırda avtobusların yenilənməsindən sonra bu rəqəm 64 faizə enib.