CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Dünyada hər üç dəqiqədən bir qadın...

© Sputnik / Maksim Blinov / Mediabanka keçidДевушка, фото из архива
Девушка, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
UNICEF-in Azərbaycan Nümayəndəliyinin rəhbəri Edvard Karvardin zorakılıq törətmiş şəxslərə qarşı cavab tədbirlərinin görülməsindən söz açıb/

BAKI, 25 noyabr — Sputnik. "Bu gün dünyada hər 3 qadından biri nə zamansa zorakılıq qurbanı olub. Hər üç dəqiqədə bir isə bir qadın öldürülür. Bu kimi halların qarşısını almaq üçün BMT 1999-cu ilin 25 noyabr tarixini Qadınlara qarşı Zorakılıqla Beynəlxalq Mübarizə Günü kimi qəbul olunub. Statistika göstərir ki, bu qadınlar daha çox öz həyat yoldaşları tərəfindən zorakılığa məruz qalır. Belə ki, bu gün qadınların 68 faizi həyat yoldaşları, 11.9 faizi keçmiş həyat yoldaşı, 2.9 faizi isə keçmiş həyat yoldaşı tərəfindən zorakılığa məruz qalıb". Sputnik Azərbaycan-ın xəbərinə görə, bu barədə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova bu gün Gender Əsaslı Zorakılığa Qarşı 16 günlük Fəallıq Kampaniyasının açılış günündə çıxışı zamanı deyib.

Sirkə - Sputnik Azərbaycan
HADİSƏ
Qadın sirkə turşusu içdi: Təsadüf, yoxsa qəsd olduğu bilinmir

UNICEF-in Azərbaycan Nümayəndəliyinin rəhbəri Edvard Karvardin isə zorakılıq törətmiş şəxslərə qarşı cavab tədbirlərinin görülməsindən söz açıb:

"Gənc qadınları zorakılıq qurbanlarının sığınacağında görmək, onların acılarını eşitmək dəhşətlidir. Ümumiyyətlə qadınlara qarşı zorakılıq ölkə üçün həm də iqtisadi zərbədir. Unutmamalıyıq ki, qadınlara qarşı zorakıllq həm də bütün cəmiyyətə qarşı zorakılıqdır. Biz 16 günlük fəallıq proqramı çərçivəsində cavab tədbirlərinin görülməsi istiqamətdində də addım atacağıq. Zorakılıq törətmiş şəxslər cəzasız qalmamalıdırlar. Qadınlara qarşı zorakılığın müasir Azərbaycanda yeri yoxdur".

Xəbər lenti
0