17:31 24 Yanvar 2021
Canlı yayım
  • USD1.7000
  • RUB0.0230
  • EUR2.0695
CƏMİYYƏT
Qısa URL
130 0 0

Nasazlıq sərnişinlər metropolitenə daxil olmamışdan, saat 05:40-da baş verib, qatarların hərəkəti "Nəriman Nərimanov-İçərişəhər", "Nəriman Nərimanov-Dərnəgül" və əks istiqamətdə təşkil edilir

BAKI, 24 noyabr — Sputnik. "Neftçilər-Qara Qarayev" mənzilində təmas relsində baş vermiş nasazlıqla əlaqədar təxirəsalınmaz texniki tədbirlərin yerinə yetirilməsi məqsədilə Bakı Metropolitenində “Qırmızı” və “Yaşıl” xətlər üzrə qatarların hərəkəti "Nəriman Nərimanov-İçərişəhər", "Nəriman Nərimanov-Dərnəgül" və əks istiqamətdə təşkil edilir.

İlham Əliyev Bakı Nəqliyyat Agentliyinin “Koroğlu” Nəqliyyat Mübadilə Mərkəzinin açılışında iştirak edib
© Official website of President of Azerbaijan Republic

Bu barədə Sputnik Azərbaycan-a “Bakı Metropoliteni” QSC-dən bildirilib.

 “Bakı Metropoliteni” QSC-nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov bildirib ki, Bakı metropolitenində təmas relsində yaranmış nasazlıq qatarlar hərəkətə başlamamışdan qeydə alınıb.

Onun sözlərinə görə, nasazlıq sərnişinlər metropolitenə daxil olmamışdan, saat 05:40-da baş verib: "Hazırda təxirəsalınmaz işlər görülməkdədir. Qısa müddətdə mövcud problem həllini tapacaq. Hadisə araşdırılır, əlavə məlumat veriləcək".

"Ulduz-Həzi Aslanov" istiqamətində qatarların hərəkətinin bərpa edilməsi istiqamətində tədbirlər görülür.

Əsas mövzular