CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Daxili pasportla Bakıya: Rusiyalılar qarşısında böyük perspektiv açılır

© Sputnik / Said Tsarnaev / Mediabanka keçidRusiya pasportu, arxiv şəkli
Rusiya pasportu, arxiv şəkli - Sputnik Azərbaycan
Abunə olmaq
Bu, Azərbaycana olan rusiyalı turistlərin axınını artırardı. Bu, istirahət etmək istəyən, D vitamini almaq istəyən böyük kütlədir

BAKI, 22 noyabr — Mariya Naumenko, Sputnik. Azərbaycan Dövlət Turizm Agentliyi Rusiyanın bəzi regionlarından olar turistlər üçün ölkəyə giriş qaydalarının sadələşdirilməsini təklif edib.

Turist, arxiv şəkli - Sputnik Azərbaycan
Turizm sektorunda inqilabi yenilik - Artıq sizi aldada bilməyəcəklər

Rusiyanın bir sıra regionlarının sakinləri Rusiyanın daxili pasportlarından istifadə etməklə Azərbaycanda ola biləcəklər. Belə bir təşəbbüslə Azərbaycan Dövlət Turizm Agentliyi X Rusiya – Azərbaycan regionlararası forumunda çıxış edib.

Dövlət Agentliyinin sədri Fuad Nağıyev Sputnik Azərbaycan-a bildirib ki, qurumlararası məsləhətləşmələr artıq həyata keçirilib və hazırda agentlik Rusiya Federasiyasının bəzi regionlarının rəhbərliyi ilə danışıqlar aparır.

"Biz hazırda gündəliyə Rusiya Federasiyasının bəzi regionlarının sakinlərinin daxili pasportları ilə Azərbaycana səfər etməsinə dair məsələni çıxartmışıq. Bu məsələ hələlik ilkin mərhələdədir. Lakin biz artıq öz təklifimizi rəhbərliyə çatdırmışıq. Təbii ki, həm Rusiya, həm də Azərbaycan tərəfindən qərarlar veriləcək. Biz artıq öz səviyyəmizdə Rusiyanın bəzi vilayətləri ilə danışıqlar aparırıq. Bizim sıx əlaqələrimiz var", - deyə Fuad Nağıyev bildirib.

O, eyni zamanda vurğulayıb ki, bu təşəbbüslə bağlı artıq qurumlararası məsləhətləşmələr həyata keçirilib: "Bizim Rusiyanın əksər regionları ilə sıx əlaqələrimiz var: Moskva və vilayəti, Leninqrad vilayəti, Sankt-Peterburq, Ural və Uzaq Şərq. İdeya Azərbaycan Dövlət Turizm Agentliyinə məxsusdur. Bu Azərbaycana olan rusiyalı turistlərin axınını artırardı. Bu istirahət etmək istəyən, D vitamini almaq istəyən böyük kütlədir".

Rusiya – Azərbaycan forumu çərçivəsində baş tutan dəyirmi masa zamanı Fuad Nağıyev iki ölkələr arasında aviaəlaqənin genişləndirilməsi təklifi ilə də çıxış edib: "Turizm üzrə Dövlət Agentliyinin mütəxəssisləri Azərbaycana uçuşlar həyata keçirəcək aviaşirkətlərə subsidiya verilməsinə dair ciddi sənəd hazırlayıb. Biz Rusiya regionlarına yalnız milli aviadaşıyıcıların uçuşlar həyata keçirməsində maraqlı deyilik. Biz Rusiya aviadaşıma bazarının iştirakçıları, aviaşirkətlərinin də bu proqramda iştirakında maraqlıyıq".

Xəbər lenti
0