CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Bakıda manqalların istifadəsinə qadağa qoyuldu – Monitorinq keçirildi

© Sputnik / Anar MustafayevTüstü
Tüstü - Sputnik Azərbaycan
Abunə olmaq
"Bundan sonra havanı çirkləndirən belə iaşə obyektlərində manqalların istifadəsinə məhdudiyyət qoyulacaq

BAKI, 22 noyabr — Sputnik. İctimai-iaşə obyektlərindən havaya yenidən tüstünün, iy-qoxunun yayılması ilə bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mütəxəssisləri tərəfindən şadlıq saraylarında və restoranlarda təkrar monitorinqlər keçirilib.

Пожарники тушат огонь - Sputnik Azərbaycan
HADİSƏ
Bu toy yaddaşlara yazılacaq: şadlıq sarayı yanır - VİDEO, FOTO

Sputnik Azərbaycan nazirliyin məlumatına istinadla xəbər verir ki, monitorinqlər zamanı paytaxtın Binəqədi, Nizami, Xətai və Sabunçu rayonlarında fəaliyyət göstərən "Amor", "Mələk Palace", "Grace Hall", "Ayla", "Monte Karlo", "Madonna", "Al saray", "Səbinə", "Həyat Hall" və "Piano" şadlıq saraylarında təmizləyici qurğular olmasına baxmayaraq onlara texniki xidmət göstərilməməsi və filtrlərin vaxtaşırı təmizlənməməsi səbəbindən havaya normadan artıq tullantı atıldığı məlum olub. ETSN-nin mətbuat xidmətinin rəhbəri İradə İbrahimova bildirib ki, adıçəkilən obyekt sahibləri barəsində protokollar tərtib edilib və obyektlərdəki manqalların istifadəsinin məhdudlaşdırılması üçün qərar çıxarılıb.

Qərarın icrasının təmin olunması məqsədilə sənədlər icra və probasiya şöbələrinə göndərilib.

ETSN-nin sözçüsü İradə İbrahimovanın sözlərinə görə, əksər obyekt sahibləri elə hesab edir ki, təmizləyici qurğu quraşdırmaqla iş bitir, qurğuların filtrlərinin vaxtaşırı dəyişdirilməsinə əhəmiyyət vermir: "Bundan sonra havanı çirkləndirən belə iaşə obyektlərində manqalların istifadəsinə məhdudiyyət qoyulacaq. Araşdırma və monitorinqlər davam etdirilir".

Xəbər lenti
0