CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Toyuna gözləyirdilər, meyiti gələcək

© AFP 2023 / HERIKA MARTINEZСотрудники больницы перевозят тело человека, фото из архива
Сотрудники больницы перевозят тело человека, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
Mərhum tələbə həmkəndlisi ilə nişanlı olub. Yaxın zamanlarda toyu olacaqmış. Yaxınlarının verdiyi məlumata görə, Ş.Xasmətova suşidən zəhərlənib

Leyla Abdullayeva, Sputnik Azərbaycan

BAKI, 21 noyabr — Sputnik. Bu gün zəhərlənib dünyasını dəyişən tələbə nişanlı olub.

Sputnik Azərbaycan xəbər verir ki, Bakı Dövlət Universitetinin yataqxanasında zəhərlənmədən dünyasını dəyişən tələbə Qusar rayon sakinidir.

1999-cu il təvəllüdlü Xasmətova Şəkər Faiq qızı Qusar rayonun Xurel kəndində doğulub. O, BDU-nun fizika fakultəsinin 4-cü kurs tələbəsi idi. Mərhum tələbə həmkəndlisi ilə nişanlı olub. Yaxın zamanlarda toyu olacaqmış. Yaxınlarının verdiyi məlumata görə, Ş.Xasmətova suşidən zəhərlənib.

Tələbənin meyiti tibbi ekspertiza olunduqdan sonra doğulduğu kəndə gətirilib dəfn olunacaq.

Xəbər lenti
0