CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Sumqayıtın yubileyi ilə əlaqədar bir qrup şəxs Prezident təqaüdü alacaq

© Sputnik / Murad OrujovВъезд в город Сумгайыт
Въезд в город Сумгайыт  - Sputnik Azərbaycan
Abunə olmaq
Şəhərin sosial-iqtisadi inkişafında xidmətlərinə görə dörd şəxsə Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdü veriləcək

BAKI, 21 noyabr — Sputnik. Prezident İlham Əliyev Sumqayıt şəhərinin 70 illik yubileyi ilə əlaqədar Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünün verilməsi haqqında Sərəncam imzalayıb.

Sərəncamda qeyd edilir ki, Sumqayıt şəhərinin 70 illik yubileyi ilə əlaqədar və şəhərin sosial-iqtisadi inkişafında xidmətlərinə görə aşağıdakı şəxslərə Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdü verilsin:

Babayeva Ofelya Hacıməmməd qızı

Quliyev Təbrik Müzəffər oğlu

Maxsudov Maxsudəli Abbas oğlu

Şəfiyev Əşrəf Cavad oğlu.

Nazirlər Kabinetinə tapşırılır ki, bu Sərəncamdan irəli gələn məsələləri həll etsin.

Xəbər lenti
0