İlham Əliyev Sumqayıtda bayram tədbirinə qatılıb, bir sıra obyektlərin açılışında iştirak edib, Sumqayıt Bulvar Kompleksinin yeni salınmış hissəsində yaradılan şəraitlə tanış olub
BAKI, 21 noyabr — Sputnik. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 21-də Sumqayıt şəhərində səfərdə olub, bir sıra tədbirlərdə çıxış edib.
Sputnik Azərbaycan bildirir ki, bu barədə Prezidentin rəsmi saytında məlumat verilib.
Məlumata görə, dövlətimizin başçısı öncə ümummilli lider Heydər Əliyevin şəhərin mərkəzində ucaldılmış abidəsini ziyarət edib, önünə gül dəstəsi qoyub. Sonra Sumqayıt Dövlət Dram Teatrında şəhərin 70 illiyinə həsr olunmuş tədbirdə iştirak edib və geniş nitq söyləyib.
Prezident İlham Əliyev Sumqayıtda ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət edib
Prezident İlham Əliyev Sumqayıtda ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət edib
Tədbirdə həmçinin Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov, “Şöhrət” ordenli Əməkdar müəllim Ofeliya Babayeva, “Sumqayıt Kimya Sənaye Parkı” MMC-nin direktoru Nazim Talıbov, 1 nömrəli poliklinikanın baş həkimi Arzu Bəndəliyeva, Əməkdar inşaatçı Maqsud Maqsudov, Sumqayıt Dövlət Dram Teatrının aktyoru Cəlal Məmmədov çıxış ediblər.
İlham Əliyev eləcə də Sumqayıtda “Nizami” kinoteatrının yeni binasının və Muğam Mərkəzinin açılışında iştirak edib, Sumqayıt Bulvar Kompleksinin yeni salınmış hissəsində yaradılan şəraitlə tanış olub.
2019-cu il yanğınla başlayıb, yanğınla bitdi… Özü də bu iri obyektlər mərhum Bəşir Səfəroğlunun məşhur səhnəciyində dediyi kimi "yavaş-yavaş" yox, birdən yandı və təkcə iqtisadiyyata deyil, ekologiyaya da böyük zərər vurdu
Zığ sürüşmə zonası qədim sürüşmə ərazisidir. Bəzi insanlar bunu bilə-bilə yenə də bu cür təhlükəli ərazilərdə məskən salmağa üstünlük verirlər. Detalları Milli Geologiya Kəşfiyyat xidmətinin baş mühəndisi açıqlayır